A.4 Dəmir yol keçidlərindən keçmə, yaşayış zonalarında
hərəkət, xarici işıq cihazlarından və səs siqnallarından
istifadə qaydaları
A.4.1 Dəmir yol keçidlərindən keçmə, yaşayış zonalarında hərəkət
Şəkil 12. Dəmir yol xəttini təyin
olunmayan yerlərdən keçmək
qadağandır
I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını
qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız
dəmir yol keçidlərində keçə bilərlər.
II. Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda yol
nişanlarını, svetoforları, nişanlama xətlərini,
şlaqbaumun vəziyyətini və keçid növbətçisinin
göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın
(lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.
III. Keçidə girmək:
1) Svetoforun siqnalından asılı olmayaraq, şlaqbaum
bağlı olduqda və ya bağlanmağa başladıqda;
2) Svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun
vəziyyətindən və mövcudluğundan asılı olmayaraq);
3) Keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya
bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi
sürücüyə tərəf dayandıqda);
4) Keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur
etdikdə;
5) Keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində);
6) Qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin
yanından keçib getmək qadağandır.Bundan əlavə:
1) Şlaqbaumu özbaşına açmaq;
Şəkil 13. Qeyri-nəqliyyat
vəziyyətində olan NV-nin dəmir
yol keçidindən keçirilməsi
2) Qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol,
inşaat və s. maşınları və mexanizmləri dəmir yol
keçidindən keçirmək;
3) Dəmir yol stansiyası rəisinin icazəsi olmadan, sürəti
saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin,
habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır.
IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü
stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar
olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum
olmadıqda isə birinci relsə azı 10 metr qalmış
dayanmalıdır.
V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən
düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü: