IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə
bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır.
X. “Avtoqatar” tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya
məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə
yanmalıdır.
XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
1) Yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar
etmək üçün zəruri olan hallarda;
2) Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq
siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların işıqlarını qısamüddətli
yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq
işığa keçirməkdən ibarətdir.
Təlim nəticələrinin qiymətləndirilməsi
Nəzəri biliklərin qiymətləndirilməsi
Qiymətləndirmə üsulu |
Suallar |
1. Test sualları |
Sual 1: Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda nələri
əsas tutmalıdır?
a) Yol nişanlarını
b) İşıqforları
c) Şlaqbaumun vəziyyətini
d) Bütün variantlar doğrudur
Sual 2: Verilmiş şəraitdə harada dayanmalısınız?
a) Birinci nişanın yanında dayanmaq, qatarın keçməsini
gözləmək
b) İkinci nişanın yanında dayanmaq, qatarın keçməsini
gözləmək
c) Birinci relsdən 5 metr məsafədə dayanmaq
d) Birinci relsdən 20 m məsafədə dayanmaq
Sual 3: Verilmiş şəraitdə harada dayanmalısınız?
|