İkinci nəsil bioyanacaq kimi BioOil-i misal göstərmək olar. Üçüncü nəsil bioyanacaqlar isə yosunların emalından alınır. Bunun üçün xüsusi su hövzələrində və ya istilik-elektrik stansiyalarının yaxınlığında onlardan atılan istilikdən istifadə edən kiçik ölçülü bioreaktorlarda yosun yetişdirilir.
8.2. Bioloji qaz istehsalı prosesində baş verən kimyəvi proseslər
Bioqazın tərkibini 55-75% metan qazı (CH4) 45% karbon qazı (CO2), cüzi miqdarda H2 və kükürd qazı (H2S) təşkil edir. Bioqazın tərkibindən CO2 çıxarıldıqdan sonra biometan alınır. Biometan təbii qazın tam analoqudur. Orta hesabla 1 kq üzvi maddənin bioloji parçalanması zamanı 0,18 kq metan, 0,32 kq karbon qazı, 02kq su və 0,3 kq parçalanmayan qalıq yaranır. Aşağıdakı cədvəldə bioqazın kimyəvi tərkibi verilmişdir. Bioqaz istehsalında xammala qarşı müəyyən tələblər mövcuddur: xammal bakteriyaların inkişafı üçün əlverişli olmalıdır; bioloji parçalanan üzvi maddələrlə zəngin olmalıdır; su ilə zəngin olmalıdır (90-94); mühit neytral olmalıdır; bakteriyaların inkişafına mane olan maddələr (sabun, yuyucu toz, antibiotik) olmamalıdır.
Cədvəl 10:
Bioqazın kimyəvi tərkibi.
Maddələr | Kimyəvi düsturu | Miqdarı, % |
Metan | CH4 | 40-75 |
Karbon qazı | CO2 | 25-55 |
Su buxarı | H2O | 0-10 |
Azot | N2 | <5 |
Oksigen | O2 | <2 |
Hidrogen | H2 | <1 |
Kükürd qazı | H2S | <1 |
Ammonyak | NH3 | <1 |
Mənbə: Mövzu 21, Bioqaz istehsalı və tullantısız (aztullantılı) texnologiyaların kənd təsərrüfatında tətbiqi, səh. 3