10. Aşağıdakılardan hansı sənaye miqyaslı bioqaz qurğularının hissələrinə aid deyil? | |
A)
Reaktor B) Qazholder |
C) Bişirici D) Qarışdırıcı |
9. İsitmə (qızdırma) sistemləri və qurğuları
9.1. İsitmə (qızdırma) sistemlərinin quruluşu və funksiyaları
İsitmə sistemi anlayışı,ümumiyyətlə götürdükdə, 3hissədən ibarətdir. İstilik mənbəyi (qazan qaz, dizel, buxar və s), istilik daşıyıcısı (boru və armaturlar), istilikverici (radiator, fancoil, aperey, kolorifer və s.) hissələrindən ibarətdir. Əsasən, isitmə sistemlərinin aşağıdakı növləri var:
➢ |
Su qızdırıcı qazanlar
|
➢ |
Radiatorlar
|
➢ | Kombi sistemi |
➢ | Qazla işləyən odluqlar
|
Buxar qazanlar reversiv (geri dönümlü) və üçyollu sobaya malik olurlar. Reversiv sobalı buxar qazanları sadə konstruksiyaya malikdir və daha ucuzdur, lakin üçyollu qazanlar effektivlik dərəcəsinə və ekoloji təmizliyinə görə daha üstündür. Bundan başqa, buxar qazanları daha böyük təzyiqə davam gətirir.