Qazla işləyən odluqlar qaz tipli yanacağın hesablı və effektiv yandırılaraq lazım olan istilik ayrılmasını təmin edir. Bu tip odluqlar 16-246 kvtsaat gücündə olurlar.
Dizel yanacaqlı odluqlar dizel yanacağının effektiv və ekoloji təhlükəsiz yandırılması ilə istilik ayrılmasını təmin edir. Qaz xətlərinin olmaması halında alternativ olaraq dizel yanacağından istifadə olunur.Bütün dizel odluqları avadanlığın təhlükəsiz işləməsi üçün avtomatika sistemi ilə təchiz edilmişlər.Bu avadanlıqlar yanacağın qızdırılma rejimi olan və olmayan növlərə ayrılır.Qızdırma rejimi olmayan odluqlar sadə konstruksiyası və ucuzluğu ilə fərqlənir. Qızdırma rejimi olan odluqlar effektiv işləməsi və yanacağı ən yaxşı şəkildə yandırımasına görə xarakterizə olunur.
Multiyanacaqlı odluqlar əsas göstəricilərinə görə digər tip odluqlara bənzəyir və onlardan isitmə və texnoloji avadanlıqların qüsursuz fəaliyyətini təmin edərək bir yancaq növündən digərinə keçə bilməsi ilə fərqlənirlər.
9.2. İsitmə (qızdırma) sistemlərinin iş prinsipləri
İsitmə sistemlərinin əsas növlərindən biri olan su qazanları, adından da göründüyü kimi, isitilikdaşıyıcı kimi sudan istifadə olunan qazanlardır, hansılar ki, çox böyük istilik tutumuna malik olurlar.İstilikdaşıyıcı suyun çatışmaması və yüksək korroziya xüsusi kimyəvi maddələrin əlavə olunması ilə aradan qaldırılır. Bütün bu faktorlar su qazanlarını digər tip qazanlardan daha məşhur olmasına səbəb olur. Su qızıdırıcı qazanlarının xarakteristikası:
Su qızdırıcı qazanlar müxtəlif təyinatlı obyektlərdə istifadə oluna bilər:
➢ | Mənzillərdə və fərdi evlərdə; |
➢ | Sənaye obyektlərində və ofislərdə; |
➢ | İsitixanalarda; |
➢ | Anbarlarda; |
➢ | İdman komplekslərində. |