İş qızdırıcı elementləri olan avadanlığı almaq və quraşdırmaqla bitmir.Öncədən evin hər bir otağından keçərək qapalı dairə sistemi yaradan su sistemi çəkmək lazımdır. Kombi sistemlərindən daha çox plastik borulardan istifadə olunur. Onlar lazım olan ölçülərdə asanlıqla kəsilir və xüsusi aparat vasitəsilə birləşdirilir.Sistemin müsbət tərəflərinə onun dözümlülüyünü, istifadəsinin rahatlığını və temperatur tənzimlənməsinin mümkünlüyünü aid etmək olar.
Qazla işləyən kombi sistemi gücünə görə birpilləli və ikipilləli olur. Birpilləli odluqlar daha çox fərdi evlərin qazanxanalarında istifadə olunur. Orta və yüksək güclü odluqlar birpilləli, ikipilləli və modul tipli olur. İkipilləli odluqlar yanmanın iki rejimində işləyir: “az” və “çox”. Modulyasiya rejimində işləyən zaman gücün axıcı rejimi təmin olunur və bu zaman yanacağa qənaət olur və avadanlığın işə qoşulması zamanı səs azalır. Avadanlığın gücünün tənzimlənməsi avtomatik olaraq həyata keçirilir. Bu avadanlıqlar 220 V-da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır.
Dizel yanacaqlıodluqlar birpilləli, ikipilləli və üçpilləli olur və gücün axıcı nəzarətinə malikdirlər.Çoxpilləliyin köməyi ilə yanacağın rasional istifadəsinə, effektiv yanmaya, ani alovlanmaya, avadanlığın uzunömürlülüyünə nail olunur.Onlar gücünə görə zəif,orta,yüksək güclü olaraq bölünürlər. Bir qayda olaraq bu avadanlıqlar 220 V-da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır.
Sərbəst iş üçün tapşırıqlar