Potensial sahədə görülən iş mgH kəmiyyətinin fərqinə bərabərdir. Bu kəmiyyət potensial enerji adlanıb, aşağıdakı kimi tapılır:
Ep=mgH
Sistemin kinetik və potensial enerjilərinin cəminə tam mexaniki enerji deyilir
1.2. Termiki enerji və onun yaranma prosesi
Termiki və ya istilik enerjisi materialın tərkibində atom və ya molekulların qarışıq (xaotik) hərəkəti zamanı yaranır. Termiki enerjinin yaranması termodinamikada bəhs olunur. Buna misal olaraq buzun əriməsi və buxarın əmələ gəlməsində enerjinin daxil edilməsi zamanı baş verən prosesləri göstərmək olar.
Kömür və neft məhsulları, təbii qaz kimi mədən qaynaqlı yanacaqlar yandırılaraq tanklarda isidilən su, yüksək təzyiqli buxar halına gətirilir. Əldə edilən yüksək təzyiqli buxar borulara ötürülərək buxar turbininin hərəkətini təmin edir.