təcili | |||
Səthinin Temperaturu | 5 777 K | 288 K | 1:367 |
Nüvəsindəki Temperatur | 15 000 000 K | 6 700 K | 1: 2 200 |
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 105
2 .2.1. Günəş elektrik stansiyaları və kollektorlar
Günəş enerjisini istiliyə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda Günəş işığını əks etdirən, toplayan və Günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə Günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Şəkil 3: Günəş panelləri.
Günəş enerjisinin daha səmərəli istifadəsi onun fotoelementlərdə elektrik enerjisinə çevrilməsi ilə həyata keçirilir. Fotoelementlər işığa həssas yarımkeçirici materiallardan - selen, silisium, qallium arsenidi, kadmium sulfidi və s. materiallardan hazırlanır.