Aktiv sistemlərdə isə, Günəş şüaları ilə qızan səthin istiliyi istilik daşıyıcısının vasitəsilə digər qurğuya nəql edilir. Tətbiq edildikləri sahələrə görə termik Günəş qurğularından aşağıdakılara rast gəlmək olar:
➢ | Üzgüçülük hovuzları üçün; |
➢ | İsti su təchizatı üçün; |
➢ | Duzlu suların şirinləşdirilməsi üçün; |
➢ | Otaqların isidilməsi üçün; |
➢ | Müxtəlif texnoloji proseslər üçün; |
➢ | Elektrik cərəyanı istehsal etmək üçün. |
Bu zaman istiliyi qəbul etmək üçün Günəş kollektorlarından istifadə edilir ki, onlar da konsentratorsuz (hamar səthli), konsentratorlu, açıq və bağlı tipli növlərə ayrılır. Açıq tipli kollektorlar adətən üzgüçülük hovuzlarında (absorber), qapalı tipli kollektorlar isə isti su təchizatında, isitmədə və s. istifadə edilir. Günəş kollektorlarının aşağıdakı növləri var:
➢ | Hamar Günəş kollektorları; |
➢ | Vakuumlu boru kollektorları; |
➢ | Konsentratorlu Günəş kollektorları. |
2.3. Külək enerjisi və elektrik istehsalı
Külək enerjisi - küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Küləyin kinetik enerjisindən istifadə etməklə külək mühərriklərinin köməyi ilə alınmış elektrik enerjisinin miqdarı əks etdirilir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox illər öncədən faydalanılar. Küləyin gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyütmə, nasoslasu vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanmışlar. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir.