Şəkil 6: Bioqazın iş prinsipi.
Mənbə: http://www.bios-bioenergy.at/de/strom-aus-biomasse/biogas.html
2.5. Atom enerjisi
Atom elektrik stansiyası (AES) nüvə enerjisini elektrik enerjisinə çevirən mürəkkəb qurğudur. AES-lər bir, iki və üç dövrəli (konturlu) olur. İş prinsipinə görə AES-ləri istilik elektrik stansiyalarına aid etmək olar. Stansiyada yüksək temperaturlu buxar karbohidrogenlərin yandırılmasından deyil, idarə olunan nüvə reaksiyası zamanı ayrılan istiliyin hesabına əldə edilir. Bu qurğuda istilikayırıcının, istilikdaşıyıcının, turbin və elektrik cərəyanı generatorunun ümumi işi nəticəsində elektrik enerjisi istehsal edilir.
İstifadə olunma xüsusiyyətlərinə görə nüvə reaktorları təcrübi, tədqiqat, izotop və energetik reaktorlardan ibarətdir:
➢ | Təcrübi reaktorlar nüvə reaktorlarının layihələndirilməsi və istismarı üçün vacib olan müxtəlif fiziki kəmiyyətlərin hesablanması üçün istifadə edilir. Bu reaktorların gücü bir neçə kVt-dən çox olmur; |
➢ | Tədqiqat reaktorlarında aktiv zonada yaranan neytron və y - kvant seli nüvə fizikası, bərk cisimlər fizikası, radiasiya kimyası, bioloji tədqiqatlar və müxtəlif izotopların (xüsusilə tibdə istifadə olunan) istehsalında istifadə olunur; |