Buna elektrik və istilik enerjisi istehsalı üçün lazım olan avadanlıqların istehlak etdikləri enerjini aid etmək olar.
3.1. K/t-da enerji istifadəsi sahələri və formaları
Kənd təsərrüfatının inkişaf etdirilməsi məhsul istehsalı həcminin ildən-ilə artırılmasını tələb edilir. Becərilən torpaq sahəsindən yüksək məhsul götürülməsini təmin etməkdən ötrü ilk növbədə torpağın münbitliyi, onun məhsulvermə qabiliyyətinin yüksəldilməsi, istehsalın ardıcıl olaraq təkmilləşdirilməsi ön planda durur. Kənd təsərrüfatında intensivləşdirilmənin başlıca istiqamətləri - kimyalaşdırma, meliorasiya, kompleks mexanikləşdirmə, ixtisaslaşdırma, torpaqdan istifadənin yaxşılaşdırılması, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsala tətbiqi, əkinçilikdə yüksək məhsuldar toxum sortlarının yaradılması və s. vasitələr enerji istehlakının artımını tələb edir. Kənd təsərrüfatının intensivləşdirilməsi o zaman yüksək nəticə verir ki, təsərrüfatda istifadə olunan istehsal vasitələrinin quruluşu təkmilləşdirilmiş olsun, qabaqcıl texnologiyanın tətbiqinə geniş yer verilsin. Bu da öz növbəsində istifadə olunan enerjinin artmasına gətirib çıxarır. Energetika ehtiyatları da aqrar sənayenin istehsal vasitələrinə aid edilir. Energetika ehtiyatlarına mexaniki mühərriklərin (traktorların, avtomobillərin və s. mühərrikləri), elektrik mühərriklərinin və elektrik qurğularının, həmçinin iş heyvanlarının gücləri daxildir.
Cədvəl 4:
Təsərrüfatlarda enerji və istilik istifadəsi.
Enerji istehlakı | |||
Təsərrüfat növü | Elektrik enerji istehlakı /il | İstilik enerji istehlakı/il | Yanacaq/dizel |
Ana donuz (28 kq-a qədər, balalar daxil olmaqla) | 270 kVt/ donuz | 950 kVt/ donuz | - |