Konvensiya üsulu ilə səpin zamanı hektara 45 litr dizel yanacağı sərf olunur. Freze maşını ilə səpin zamanı yanacağı 20 litr/ha qədər azaltmaq olar. Birbaşa səpin üsulu ilə isə hektara 10 litr yanacaq tələb olunur, bu isə öz növbəsində konvensiya üsulu ilə səpinə nisbətən 35 litr/ha və ya 78% enerjiyə qənaət deməkdir.
3.4. K/t-da işıqlandırma və soyutma sistemlərində enerji istifadəsi
Böyük təsərrüfatların illik elektrik enerjisinə olan tələbatı təxminən 100.000 kVtsaat hesablanır. Südlük istiqamətli heyvandarlıq təsərrüfatlarında illik enerji tələbatı 400 kVt/inək, məs. 5 kVt/100 litr süd olaraq hesablanır. Soyutma sistemlərinin enerji tələbatı ən yaxşı halda 100 litr süd üçün 2.5 kVtsaat-dır.
Cədvəl 6:
Kənd təsərrüfatının əsas enerji istehlakçıları aşağıdakılardır.
İstehlak sahələri | kVt/ il | GJ/il |
Saman ventilyasiya sistemi | 3‘000-4‘000 | 10,8 - 14,4 |
Suyun isidilməsi sistemi, sağım sisteminin yuyulması | 3‘000 | 10,8 |
Binanın havalandırma sistemi ( havalandırma, istilik, istilik lampaları) | 3‘000 | 10,8 |
Süd soyutma sistemi | 1‘000-2‘000 | 3,6 — 7,2 |
Sağım sistemi | 1‘000-2‘000 | 3,6 — 7,2 |
Suyun isidilməsi sistemi samanın qurudulması kimi ümumi enerji istehlakının 25 %-ni təşkil edir. Süd istehsalı üçün isə 9‘000 və 13‘000 kVt arasında (32,4 - 46,8 GJ) elektrik enerjisi tələb olunur. Bundan əlavə, dana, donuz, quş fermalarının ventilyasiya sistemi üçün illik elektrik enerjisi 500 kVt (1.8 GJ) ətrafında müəyyən olunur.