B) Qrafik formasında 28 sətir və 50 sütun | D)Qrafik formasında 50 sətir və 28 sütun |
10. Enerji balansının neçənci sütununda küləyin kinetik enerjisindən istifadə etməklə külək mühərriklərinin köməyi ilə alınmış elektrik enerjisinin miqdarı əks etdirilir? | |
A)
15-ci sütun "Külək enerjisi" B) 35-ci sütun "Külək enerjisi" |
C) 25-ci sütun "Külək enerjisi" D) 22-ci sütun "Külək enerjisi" |
C. Bərpa olunan enerji istehsalı
4. Günəş enerjisinin istehsalı
Günəşin mərkəzindəki 15000000 K temperaturda və 2,2⋅1016 Pa təzyiqdə maddə ancaq plazma halında mövcud ola bilir ki, bu da sintez reaksiyasının getməsinə şərait yaradır. Ona görə də Günəş nəhəng qaynar plazma kürəsi şəklindədir. Plazmada atomların nüvələri elektronlardan ayrıca hərəkət edir. Belə sərbəst hərəkətli nüvələr bir-birilə toqquşan zaman istilik-nüvə partlayışları baş verir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, belə partlayışlar Günəşin dərinliklərində baş verir. Günəşin daxilindəki temperaturun və təzyiqin yüksək olması nəticəsində, orada gedən proses hidrogen bombasında - nüvə reaktorunda olan kimi baş verir. Günəşdə istilik-nüvə reaksiyasının nəticəsində dörd ədəd hidrogen atomundan bir ədəd helium atomu əmələ gəlir. Bu reaksiyanın nəticəsində külli miqdarda istilik enerjisi və işıq şüalanması ayrılır. Yerdəki elementlərin 2/3 hissəsinə qədəri Günəşdə müşahidə olunmuşdur. Günəşdə ən geniş yayılmış element hidrogendir. Günəşin kütləsinin təxminən 80%-ni hidrogen, 20%-ni helium elementi və ancaq 0,1%-ni isə digər elementlər təşkil edir (Bəzi mənbələrdə isə Günəşin tərkibinin 75%-ni hidrogen, 23%-ni helium, qalan 2%-ni isə ağır elementlər təşkil edir /H.F.Hadamovski/.) Bu, Günəşdən alınan enerji mənbəyi kimi orada hidrogenin sintezindən heliumun alınması hipotezi ilə uyğun gəlir. Təxminən 4,5 mlrd. ildir ki, Günəş ətrafa enerji verir.