Qaldırıcı qüvvəyə işləmə müqavimət qüvvəsini dəf etməyə işləməkdən səmərəli olur. Çünki bu zaman birincilər ikincilərdən daha çox qüvvə yarada bilir. Digər tərəfdən isə ikincilər küləyin sürətindən yüksək sürətlə hərəkət edə bilmir. Ona görə də qaldırıcı qüvvə təsir edən səthlər (külək çarxı) daha itigedən olur. Külək çarxları, qeyd edildiyi kimi, horizontal və şaquli oxlu, bir və çoxpərli olur. Bunlarda pərlərin sayı 1-dən 50-yə qədər və daha çox ola bilir. Ümumiyyətlə, qanadlı küləkmühərrikləri, əsasən, dörd hissədən ibarət olur: külək çarxı, başlıq, quyruq hissə və qüllə.
Şəkil 25: Külək turbininin quruluşu.
Mənbə: http://www.qlobalenerji.az/page.php ?sh =bXVsa 19tdWhy
Külək çarxı- küləyin enerjisini mexaniki enerjiyə çevirmək, başlıq- külək çarxını bərkitmək və ötürücü mexanizmi yerləşdirmək, quyruq hissəflüger rolunu oynayaraq külək çarxını küləyin əsmə istiqamətinə yönəltmək, qüllə isə külək çarxını hündürlüyə qaldırmaq üçündür.
5.1. Külək turbinlərinin funksiyaları və iş prinsipləri
Külək mühərriklərinin əsas funksiyası külək enerjisini elektrik enerjisinə çevirməkdir. Külək elektrik stansiyalarında mexaniki enerjini elektrik enerjisinə çevirmək üçün külək çarxına elektrik generatorları birləşdirilir. Ona görə də külək qurğusu artıq külək elektrik stansiyası adlanır.