8. Kaplan hidroturbinlərinin f.i.ə.-sinin qiyməti hansı interval arasında olur? | |
A) 80 ÷ 100% B)80 ÷ 90% |
C) 70 ÷ 90% D)50 ÷ 80% |
9. Hansı turbin növü dönən kürəkli hidroturbinlərin bir növü olub, fərqli cəhəti odur ki, kürəklərinin oxu turbinin fırlanma oxu ilə iti bucaq əmələ gətirir? | |
A)Kaplan turbinləri B)Propeller hidroturbin |
C) Diaqonal hidroturbinlər D)Heç biri |
10. Aktiv hidroturbinlər hansı tipli olur? | |
A)
Pelton, Turqo və ikiqat B) Pelton, Turqo və üçqat |
C) Pelton, Turqo D) Turqo və ikiqat |
D. Biokütlədən enerji əldə edilməsi
İnsanın həyat fəaliyyətinin, təbiətdəki digər canlı orqanizmlərin və ya bitki aləminin mövcudluğu, onların məhv olması və başqa səbəblərdən üzvi mənşəli çoxlu tullantılar alınır ki, bunlara biokütlə deyilir. Belə hesab edilir ki, hər bir insan gün ərzində təxminən 1 kq kommunal tullantı "əmələ gətirir" ki, onun da 40%-ə qədəri üzvü maddələrin payına düşür. Enerjidaşıyıcıları da biokütlələrdə uzun müddət ərzində baş verən çevrilmələrin nəticəsində yaranır. Ümumiyyətlə, Yer üzərindəki canlı həyat və bitki örtüyünün mövcudluğu Günəşdən alınan enerjinin nəticəsində mümkündür. Yer üzərindəki bütün proseslər ancaq bu enerjinin nəticəsində baş verir. Biokütlə də yerdə Günəş enerjisinin fəaliyyəti nəticəsində yaranır. Biokütlənin yaranması reaksiyasını aşağıdakı kimi yazmaq olar:
H2o+CO2+köməkçi maddə+ ∆E -> Ck Hm On +H2O +O2 + kütlələrin mübadilə məhsulu
Burada Ck Hm On -biokütlədir. Rəngli maddələr, məsələn, xlorofil, suyun, Günəşin görünən şüalarından alınan enerjinin ( ∆E ) nəticəsində parçalanması yolu ilə əmələ gəlir.