Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtlamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə, məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır.
Broyler (çolpa) istehsalı yalnız o vaxt səmərəli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin.
Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından, cavan quşların düzgün
bəslənməsindən və damazlıq işinin lazımi səviyyədə təşkilindən asılıdır.
Planlı cins olaraq Şimali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraitinə yaxşı uyğunlaşsalar da, az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq olur).
Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlidir.
Dağlıq və dağətəyi zonalarda ən az qüvvəli yem sərf etməklə, ucuz otlaq yemindən istifadə edərək hər il yüz minlərlə qaz yetişdirmək və kökəltmək mümkündür.
Dünyanın inkişaf etmiş ölkələrində ildə adambaşına orta hesabla 15-16 kq və daha çox quş əti istehlak edilir. Eyni zamanda bir insan il ərzində orta hesabla 280 ədəd yumurta istifadə edir.
“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə uyğun olaraq respublika ərazisinə başqa dövlətlərdən yoluxucu və epizootik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq