H. Təlim nəticəsi 8 - Quşçuluqda yayılmış xəstəliklər
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Quşçuluqda yayılmış infeksion xəstəliklər;
2. İnfeksiyanın formaları və parazitar xəstəliklər;
3. Parazitar xəstəliklər və onlarla mübarizənin iqtisadi səmərəliliyi;
4. Xəstəlik törədicilərinin daşıyıcıları;
5. Quşçuluqda infeksion xəstəliklərin profilaktikası;
6. İnfeksiyanın inkişafında makroorqanizmin və xarici mühit amillərinin
rolu;
7. Mikroorqanizmlərin quş orqanizmində yayılması yolları və
infeksiyanın növləri;
8. Quşçuluqda yayılmış xəstəliklər haqqında geniş təcrübə və biliklərə
malik olurlar. Quşçuluqda yayılmış mühüm xəstəlik və parazitlər
haqqında təcrübəyə malikdirlər.
Yoluxucu mikroorqanizmlərlə insan, heyvan və quşların qarşılıqlı yaşayış tərzi zamanı baş verən mürəkkəb bioloji hadisə infeksion proseslə nəticələnir.
İnfeksiya yoluxdurmaq, zəhərləmək - mürəkkəb bioloji proses olmaqla müəyyən xarici mühit şəraitində insan, heyvan və quş orqanizmi ilə patogen mikroorqanizmin qarşılıqlı münasibətindən ibarətdir. Bu zaman mikro və makroorqanizmlərin müxtəlif xüsusiyyətlərindən asılı olaraq infeksion proses infeksion xəstəlik, mikrob daşıyıcılıq və immunoloji infeksiya şəklində özünü göstərir.
Xarici mühitin müəyyən şəraitində mikroorqanizmlərlə makroorqanizmlərin qarşılıqlı təsirindən orqanizmdə yaranan mürəkkəb bioloji prosesə infeksion proses deyilir.
Bioloji baxımdan infeksiya simbiozun və parazitizmin bir formasıdır.
İnfeksiya törədicisi ilə heyvan və quş orqanizminin qarşılıqlı təsirinin xarakterindən asılı olaraq infeksiyanın üç forması müşahidə edilir.