Yüksək temperatur şəraitində istilik mübadiləsi çətinləşir, istilik verilməsi ağciyərin hiperventilyasiyası hesabına həyata keçir. Bu da tənəffüs üzvlərinin funksional gərginliyinə səbəb olur ki, nəticədə kütləvi tənəffüs orqanlarında xəstəlik baş verir.
İonlaşdırıcı radiasiyanın təsirindən dəri, selikli qişaların qoruyucu funksiyası və antitel istehsalı aşağı düşür. Bütün bunlar isə autoinfeksiyaların inkişafına və ekzogen infeksiyaların baş verməsinə səbəb olur.
Körpə quşlarda yaşlılara nisbətən orqanizmin müdafiə sistemləri zəif olduğu üçün onlarda bir sıra spesifik xəstəliklər qeyd olunur. Deməli, təbii rezistentlik genetik möhkəmlənmiş xüsusiyyət olub, ancaq onun dərəcəsi quşların növ, yaş ,cins və fərdi xüsusiyyətlərindən, həmçinin xarici mühit şəraitindən asılıdır.
8.3 Quşçuluqda infeksion xəstəliklərin ümumi profilaktikası
Ümumi profilaktik-baytarlıq-sanitariya və təşkilat, təsərrüfat xarakterli tədbirlərdən ibarətdir. Burada aşağıdakı məsələlər yerinə yetirilir:
•
Quş və quş məhsullarının daşınmasında qoruyucu-məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi və
quşların təsərrüfat daxilində qruplaşdırılması və yerinin dəyişdirilməsinə nəzarət.
•
Respublika və təsərrüfata gətirilmiş quş və quş məhsullarının profilaktik karantində saxlanılması və
müayinəsinin aparılması.
•
Quşların infeksion xəstəliklərə qarşı davamlılığının təmin edilməsi üçün irsi davamlı quş cinslərinin
seleksiya yolu ilə əldə edilməsi.
•
Quşların tam keyfiyyətlə və rasional yemlənməsi və uyğun zoogigiyenik şəraitdə saxlanmasını təşkil
etmək.
•
İnfeksiyalar zamanı xəstə quşların vaxtında ayrılması, izolə edilməsi və müalicəsini təşkil etmək.
•
Quş binaları, onun ətraf sahələrinin və qulluq əşyalarının sistematik şəkildə dezinfeksiyasının
aparılması.
•
Peyin, yem qalıqları, quş cəsədləri, istehsalat və bioloji müəssisələrinin tullantılarının toplanıb
zərərsizləşdirilməsi.
•
Sistem şəklində quşçuluq təsərrüfatlarında dezinfeksiya, dezinseksiya və deratizasiyanın aparılması.
•
Quşçuluq fabrikləri və təsərrüfatlarında çalışan işçilərin şəxsi gigiyenasının qorunması üçün xüsusi
geyimlə təmin olunması.
•
Quşçuluq obyektlərinin tikintisində texnoloji-layihə normalarına və baytarlıq-sanitariya tələbatlarına
riayət edilməsi.