Belə ki, soyuq və nəmlik böyrəklərin zədələnməsinə, nəm və soyuq döşəmə güclü ishala, toz, ammonyak və karbon qazı tənəffüs orqanlarının müxtəlif xəstəliklərinin baş verməsinə səbəb olur.
Temperatur quşların yaşayış şəraitinə və məhsuldarlığına daha çox təsir göstərir.
Cücələr ilk gündən öz temperaturlarını tənzimləyə bilmədikləri üçün bina daxilində temperatur dəyişikliyi onlara kəskin şəkildə mənfi təsir göstərir. Adətən cücələr köçürülməzdən 48 saat əvvəl quş binaları isidilməlidir. Bina daxilində hava cərəyanının kəskin olması quşlarda diareya, tüklənmənin ləngiməsi, yemin həzm olunmasının pisləşməsi kimi anomaliyalara səbəb olur.
Nəmliyin çoxluğu quşların inkişafını ləngidir, döşəmənin keyfiyyətini aşağı salır. Döşənəyin pis olması isə quş binasında digər parametrlərə də mənfi təsir göstərir.
Binadakı qazlardan ammonyakın çox olması quşlara çox pis təsir göstərir. Bu tənəffüs üzvlərinə qıcıqlandırıcı, aşılayıcı və toksiki təsir göstərməklə yanaşı, quşların immun sisteminin pozulması, yemə tələbatın azalması, quşlarda inkişafın ləngiməsinə təsir göstərir. Ammonyakın yaranmasında dörd amil: quş ifrazatları, nəmlik, istiliyin bina daxilində çoxluğu və fermentasiya iştirak edir. Ammonyakın yaranmasının qarşısını almaq üçün döşənək materialının tərkibi yaxşılaşdırılmalı, nəmlik aradan götürülməli, ventilyasiyanın köməyilə temperatur və nəmlik normal işləməlidir. Döşəmənin hər 1000 m2 sahəsinə 300-500 kq superfosfat verilməlidir.
Toz bina daxilində mikroorqanizmlər üçün mühit hesab edilir və bunun çoxluğu tənəffüs orqanlarının müxtəlif xəstəliklərinə səbəb olur.
Quş binalarında ventilyasiya qurğularının mahiyyəti bina daxilində temperaturun tənzimlənməsi və havanın təmizlyinin təmin edilməsidir. Bundan əlavə, ventilyasiya vasitəsilə bina daxilində hava qarışdırlır, döşəmənin vəziyyəti qurudulma yolu ilə yaxşılaşdırılır və ilin isti fəsillərində quşların ətrafında hava axını yaradılır.
8.4 Parazitar xəstəliklər və onlarla mübarizənin iqtisadi səmərəliliyi
Parazitlər müxtəlif orqanlarda və əzələ qruplarında yaşayaraq orqanizmin hesabına qidalanır, sahiblərinə zərərli təsir göstərirlər.