Xəstə toyuğun (quşun) iştahası itir, yanğısı yüksəlir, qıcolma baş verir. Cücələrdə 4 günlük və yuxarı yaşlarda xəstəliyin gedişi ölümlə nəticələnir. Diaqnoz laboratoriya tədqiqatlarının əsasında müəyyənləşdirilir. Profilaktikanın və müalicənin spesifik vasitələri tapılmamışdır. Xəstələnmiş quşlar sporların xroniki daşıyıcılarına çevrilir.
Xarici tüfeylilər quşlarda böyük narahatlıqlar yaradır. Ən çox toyuq gənəsinə və tük-lələkyeyənlərə rast gəlinir. Gənələr qansorandır, dəri örtüyünü zədələyir və yaralara zəhərli selik tökür.Onlar toyuqlarda qanadların altında, quyruqda, boyunda qara nöqtələr şəklində olur. Onlar doyunca qan içdikdən sonra döşəmənin, divarların, tavanın, tarların deşiklərində gizlənir. Onlarla mübarizədə işlənmiş dizel yağı, solyarka çilənməsi yaxşı effekt verir. Bunu bina mexaniki təmizləndikdən və süpürüldükdən sonra aparmaq lazımdır. Döşənəyə sarımsaq, yovşan, soğan və digər iylənən bitki yarpaqlarının qatışdırılması yaxşı nəticə verir. Tük-lələkyeyənlər 1,5-2 mm böyüklükdə qanadsız həşəratdır. Toyuğa düşəndə dişilər yumurtalar qoyur və onları quşun tükünə, lələyinə, yaxud bədəninə yapışdırır, burada onlar tezliklə həşərata çevrilir. Onlarla mübarizə məqsədilə quşlara qumkül vannaları düzəldir və qarışığın hər vedrəsinə 200 q kükürd tozu qatırlar. Qoturluq gənələri quşda tüfeylilik edir, çox xırdadır. Kontakt zamanı xəstə quşlardan, döşənəkdən, yuvadan, yem və su qablarından başqa quşlara keçir. Onların yaşama yeri ayaqların tük çıxmayan pulcuq hissəsinin altıdır, burada onlar yollar açır. Qopardılmış pulcuqlar düşür. Onun atında boz, təpəcikli, əhəngi xatırladan qat yaranır. Gənənin həyat fəaliyyəti güclü gicişmə ilə bərabər gedir, gicişmə istidə, xüsusilə gecələr daha güclənir. Vannaya isti sabun məhlulu tökür və toyuqların ayaqlarını onun içərisində 20-30 dəqiqə saxlayırlar. Bundan sonra 1%-li kreolin məhlulu sürtürlər.