Cədvəl 15. Vaksinin miqdarı
Quşların yaşı | Suyun miqdarı ml | Dozanın miqdarı |
3-4 həftə | 9-101 | 1000 |
4-8 həftə | 10-201 | 1000 |
8 həftədən böyüklərə | - | 1000 |
Mənbə:https://heyvanbazari.az/articles/xestelikler/qushlarin/toyuqlarin infeksion_bronxiti
CEBAK BRON 120 α- diri, qurudulmuş cücələr ilk günlərindən peyvəndlənə bilərlər. Vaksin cücələrə içirtmə, intraokulyar və intranazal üsullarla verilir.
Sprey və aerozol üsulları ilə peyvəndləmə aparmaq üçün vaksinin 1000 dozası 30 ml qaynadılmış və soyudulmuş suda həll edilir. 1 damla (0,03 ml) 1 dozaya müvafiqdir. İçirtmə üsulu ilə peyvəndləmə üçün vaksinin 100 dozası 20-30 litr suda həll edilir. Vaksin yaşlı quşlarda mürəkkəbləşmə verə bilər. Peyvəndlə yanaşı, təsərrüfatda bu xəstəliklə mübarizə haqqındakı təlimata müvafiq tədbirlər görülür.
Həftədə 2 dəfədən az olmamaq şərti ilə binanın havasını quşların iştirakı ilə aerozol üsulla dezinfeksiya edirlər; tərkibində 2% fəal xlor olan hipoxlorid natri məhlulu ilə - 0,5 ml/m3, süd turşusunun 40%-li məhlulu ilə 100 mq/ m3, hidrogen peroksidlə 100 ml/nr, yodla alüminium və xlorlu əhənglə skipidar qarışıqları ilə qəbul olunmuş dozalarda. Binanın ətrafındakı ərazini və yolları həftədə 1-2 dəfə 1%-li formalində yeyici qələvinin 3%-li məhlulu ilə dezinfeksiya edirlər. Təsərrüfatı sağlamlaşdırarkən inkubasiyaya 2 ay fasilə verirlər. Bu müddətdə inkubatorda ciddi təmizlik və dezinfeksiya aparırlar. Fasilədən sonra inkubasiya üçün təsərrüfatın özünün anac toyuqlarının yumurtasını, yaxud infeksion xəstəliklərə görə salamat olan təsərrüfatdan gətirilən yumurtaları istifadə edirlər.
8.6 Quşların pasterellyoz xəstəliyi
Pasterellyoz (vəba) bütün növ quşların iti, yarımiti və xroniki formada gedən yoluxucu kontagioz xəstəliyi olmaqla septisemiya formasında baş verərək ağır keçməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.