Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq əsas hədəflərdən biri sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1.3 milyard ədədə çatdırmaqdır. Bunu nəzərə alsaq, respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının dəstəklənməsi, eləcə də yeni damazlıq təsərrüfatlarının yaradılması zəruridir.
Konkret olaraq respublikada quş əti və damazlıq yumurta istehsalının dəstəklənməsi aşağıdakı müsbət nəticələrə nail olmağa imkan verəcək:
• Ölkənin quş ətinə olan tələbatının yaxın bir neçə ildə 100 faiz yerli istehsal hesabına ödənilməsi;
• Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması;
• Əhalinin keyfiyyətli quş əti məhsulları ilə təmin olunması ilə istehlakçıların hüquqlarının qorunması;
• Quşçuluğun xarici amillərdən asılı olmayaraq müstəqil inkişaf etməsi;
• Respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə bütövlükdə yerli istehsal hesabına təmin edilməsi;
• Kənd təsərrüfatının digər sahələrinin (əkinçiliyin - buğda, arpa, qarğıdalı, soya) inkişafının sürətlənməsi;
• Yeni iş yerlərinin açılması.
Bütün bunlar göstərir ki, respublikada quşçuluq sahəsinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu sahənin inkişafı ilə bağlı qarşıya qoyulan konkret tapşırıqlar isə artıq öz töhfəsini verməkdədir.
Sərbəst iş üçün tapşırıqlar:
1.
Yumurta və ətə tələbatın ödənilməsində quşçuluğun iqtisadi əhəmiyyəti;
2.
Quşçuluqda xərclərin yüksək olmasının səbəbləri;
3.
Məhsulun maya dəyərinin azaldılması üçün şərtlər;
4.
Ölkədə sahibkarlığın inkişafı üçün görülmüş işlər;
5.
Quşçuluğun dünyada yayılmasında başlıca səbəblər.