Xəstə və pulloroz-tif antigeninə müsbət reaksiya vermiş quşların yumurtası yüksək temperaturda bişirilən şirniyyat və çörək-bulka məmulatı hazırlamaq üçün yeyinti müəssisələrinə göndərilir.
İnkubasiya üçün nəzərdə tutulan yumurtalar inkubatoriyanın anbarına daxil olanda, çeşidlənəndən sonra, inkubatoriyaya yığılandan 6 saat sonra və embrionlar çıxış şkafına köçürüləndən əvvəl aerozol üsulla dezinfeksiya olunmalıdır.
Xəstə və xəstəliyə şübhəli quşlar kəsildikdən sonra onların əti baytarlıq- sanitariya cəhətdən qiymətləndirilməli, kəsilən quşların müayinəsi ət məhsullarının baytarlıq-sanitariya ekspertizası qaydalarına müvafiq olaraq aparılmalıdır.
Hər dəfə müayinə aparandan sonra müsbət nəticə verən quşlar seçilərək dərhal kəsilməli, binada isə quşlar içəridə olan vaxtı aerozol üsulla dezinfeksiya edilməlidir. Quş cəsədləri, inkubasiyanın qalıqları xüsusi quraşdırılmış utilizasiya sexində 120 oC-də 2 saat müddətində zərərsizləşdirilməlidir.
Quşçuluq təsərrüfatlarında müntəzəm olaraq gəmiricilərə, ektoparazitlərə qarşı mübarizə aparılmalı və çöl quşlarının quş binalarına daxil olmasının qarşısı alınmalıdır.
Sərbəst iş üçün tapşırıqlar:
1.
İnfeksiyanın növləri;
2.
İnfeksiyanın baş verməsində makroorqanizmin və xarici mühit amillərinin rolu;
3.
Parazitar xəstəliklərin yaranması səbəbləri;
4.
Toyuqların infeksion bronxiti;
5.
Quşların pasterellyoz xəstəliyinin əlaməti və diaqnozu;
6.
Quşların nyukasl xəstəliyinə yoluxmasının səbəbləri və ona qarşı mübarizə tədbirləri;
7.
Quşlarda çiçək xəstəliyinin yayılması və profilaktiki tədbirlərin aparılması;
8.
Quşların pulloroz-tifi