İ. Təlim nəticəsi 9 -Quşların kəsiminin aparılması qaydası
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Kəsimdən sonra tükün təmizlənəməsi;
2. İçalatın və yarım içalatın çıxarılması;
3. Sortlaşdırma və markalanma;
4. Ətin qablaşdırması və soyudulması haqqında təcübi biliklər əldə
edirlər. Quşları kəsimə hazırlayır və kəsə bilirlər.
Ətlik toyuqların sənaye üsulu ilə kəsimi prosesində ət məhsuldarlığı önəmli sayılır. Əldə edilmiş ətin keyfiyyətli və uzunmüddətli saxlanması üçün düzgün və sanitargigyenik şəraitdə toyuqların kəsilməsi zəruridir.
Quşların emalında əsas texnoloji proseslər aşağıdakılardır:
Quşların karbon dioksid atmosferində keyləşdirilməsi Amerikada və İngiltərədə tətbiq olunur. Toyuqlar və cücələr üçün karbon dioksidin qatılığı - 30-40%, ördəklər üçün - 50-60%, qazlar və hinduşkalar üçün isə 70-75%-dir. Bu üsulla keyləşdirmə 2-3 dəqiqə davam edir.