10.1 Ev heyvanlarının saxlanması prinsipləri
Heyvanların rifahının əsas prinsipləri:
1. Heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz.
2. Heç bir kəs ev heyvanını çölə ata bilməz.
10.1.1 Saxlanması
1. Ev heyvanını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir kəs bu heyvanın sağlamlığına və rifahına görə məsuliyyət daşıyır.
2. Ev heyvanını saxlayan və ya ona baxan hər bir kəs həmin heyvanın növünə və cinsinə uyğun olaraq yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq ona diqqət və qayğı göstərməlidir, xüsusən də:
a) Ona lazımi və kifayət qədər yem və su verməli
b) Təlim üçün adekvat imkanları təmin etməli
c) Onun qaçmaması üçün bütün lazımi tədbirlər görməlidir
Heyvanı damazlıq üçün götürən hər bir kəs onun balasının və dişi heyvanın sağlamlığına zərər vura bilən anatomik, fizioloji və davranış xüsusiyyətlərinin düzgün nəzərə alınması üçün məsuliyyət daşıyır.
10.1.2 Heyvanın kəsimi
1. Heyvanın əziyyətlərinə son qoymaq üçün baytar və ya başqa səlahiyyətli şəxsin köməyindən təcili istifadə etmək mümkün olmadığı hallar və ya ölkə qanunvericiliyində nəzərdə tutulan digər fövqəladə hallar istisna olmaqla, yalnız baytar və ya başqa səlahiyyətli şəxs heyvanın həyatına son qoya bilər. Heyvanın həyatına son qoyma şəraitə uyğun olaraq heyvana minimum fiziki və mənəvi əziyyət və ağrı verməklə aparılmalıdır. Heyvanın həyatına son qoymaq üçün seçilən üsul fövqəladə halları istisna etməklə:
a) Dərhal huşunu itirməklə və ya ölümlə nəticələnməlidir, yaxud da;
b) Nəticə etibarilə heyvanın dəqiq ölümünə səbəb olacaq dərin narkoz verilməklə başlamalıdır.