• Heyvanlar aləminin obyektlərindən bu Qanunun tələblərinə uyğun olaraq istifadə etmək;
• Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dair dövlət orqanlarından qanunvericiliklə müəyyən olunmuş məlumatlar almaq;
• Heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi, istifadəsi və törəyib artması sahəsində ictimai ekoloji ekspertiza və ictimai nəzarət funksiyalarını həyata keçirmək;
• Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində məqsədli dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
• Qanunvericiliklə müəyyən edilmiş digər hüquq və vəzifələri həyata keçirmək.
• Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi və bərpası işlərində fiziki və hüquqi şəxslərin, o cümlədən ictimai təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar.
10.2 Məhsulların sahibinə satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin və s.) üzərində nişan qoyulması qaydaları
Ümumi müddəalar
1.1. Bu Qaydalar ""Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsibarədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 316 nömrəli Fərmanının 1.28-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və baytarlıq normalarına cavab verən məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması qaydalarını müəyyən edir.
1.2. Bütün növ kənd təsərrüfatı, vəhşi heyvan (insan qidası üçün yararlı olan), o cümlədən quş əti və ət məhsullarının baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir.
1.3. Ət və ət məhsullarının oval damğa ilə nişanlanması Dövlət Baytarlıq Xidmətinin müəssisə və təşkilatlarının ştatında olan, rayon və şəhər dövlət baytarlıq müfəttişindən rəsmi icazə almış, baytarlıq-sanitariya ekspertizası sahəsində müvafiq hazırlığı olan və qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş baytarlıq mütəxəssisləri tərəfindən həyata keçirilir.