B. Təlim nəticəsi 2 - Yumurtalıq toyuqların tövlədə saxlanması
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Quşların biologiyasına uyğun tövlədə saxlanması üsulları;
2. Tövlədə saxlanma və bəslənmə zamanı temperaturun məhsuldarlığa və sağlamlığa təsiri;
3.Tövlədə yem və suqablarının bərabər paylanması qanunauyğunluqları;
4. Tövlənin işıqlanmasının düzgün həyata keçirilməsi;
5. Cücələrin düzgün saxlanması və tövlədə yerləşdirilməsi qaydaları;
6. Cücələrin tövləsində işıqlanma rejimi;
7. Yumurtalıq toyuqların təbii şəraitə uyğun çöldə saxlanmasının düzgün təşkili;
8. Quşçuluqda doqquz əsas qayda;
9. Sərbəst gəzinti sahələrinin su qabları, yem qabları və sığınacaqlar, həmçinin yaşıl sahə ilə təchiz edilməsini bilir. Toyuqların sərbəst gəzmək imkanı olan saxlama növünü bilir. Bu haqda təcrübi və nəzəri olaraq ətraflı məlumata malikdir.
Toyuqların yumurta məhsuldarlığı onların cinsindən, saxlanma sistemindən, yerləşmə sıxlığından, qrupun say tərkibindən, yaşlı və az məhsuldar toyuqların cavan toyuqlarla vaxtında əvəz olunmasından, onların saxlanma texnologiyasından və xüsusən də yemlənmənin düzgün təşkilindən asılıdır. Yumurtanın sayı, kütləsi və yumurtlamanın intensivliyi üçün ilk olaraq orqanizmin qida maddələrinə tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Yumurta məhsuldarlığının intensivliyi dedikdə, bir qayda olaraq, 100 baş yumurtlayan məhsuldar toyuqdan gün ərzində alınan yumurtanın sayı nəzərdə tutulur. Yumurtlamanın dövrü uzandıqca yumurta məhsuldarlığı aşağı düşür, yumurtanın çəkisi isə əksinə artır.