Quşların tövlədə saxlanması ilk olaraq onların biologiyasına görə qaydaya uyğun saxlanma zamanı istehsal məqsədinə, bununla əsaslı biliklərə və bundan da əldə olunan qida maddələri ilə təchiz edilməsinə olan tələbata, ətraf mühitin qorunması prinsipinə, saxlanma, gigiyena və menecment sisteminə dayanır. Quşların özünəməxsus bioloji əsaslı tələbləri var, burada ətraf mühitin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır.
Həmçinin heyvanın lazımi səviyyədə, yüksək keyfiyyətli yemə olan tələbatı ödənilməlidir. Bunun üçün də gündəlik yemə olan tələbat məhsuldarlıqdan asılı olaraq hər başa görə hesablanmalıdır. Xüsusilə quşçuluq təsərrüfatları, quşun növünə və yaş səviyyəsinə uyğun hazır yem vasitəsi ilə təmin edilir.
Quşların tövlədə saxlanmasında onların baş sayı düzgün hesablanaraq yerləşdirilməlidir. Heyvanlar bir m2-ə düşən baş sayına, yaxud bir m2-ə düşən çəkiyə görə yerləşdirilir.
Saxlanma üsullarında quşlarla müxtəlif davranma tələblərinin normasına cavab verməklə ətraf mühitin qorunmasına, yemləməyə, işıq, temperatur, iqlim, zərərverici qazlar, tövlənin təchizatına və quşların yerinin quruluğuna nəzər yetirilməlidir.
Xüsusilə günün müəyyən vaxtlarında havanın tutqun olduğu zamanlarda işıq enerji mənbəyidir. Quşların görmə qabiliyyəti digər heyvanlara nisbətən məhduddur. Bununla tövlələrdə quşlar işığı gün ərzində pəncərədən keçən işıqlanmadan götürür.
İşığın keyfiyyəti ilə yanaşı, həmçinin tövlədə işığın yayılma sürəti və tövlənin işıqlanmasının müddətini nəzərə almaq lazımdır. Qaranlıq tövlədə quşların saxlanılması məqsədəuyğun hesab olunmur. Qaranlıq tövlədə gündüz olmasına baxmayaraq, instinkt olaraq quşlar gecə fazasına keçir. Bu da xüsusilə yumurtalıq toyuqlarda yumurta vermə qabiliyyətinin sürətli şəkildə aşağı düşməsinə səbəb olur.
2.1 Quşların saxlanmasında temperaturun önəmi
Quşlarda, xüsusilə böyük temperatur dəyişiklikləri olduqda, bədən temperaturunu nizamlama xüsusiyyəti var, yüksək temperatura qarşı onlar xüsusilə həssasdır. Quşlarda tər vəziləri yoxdur, bu zaman başqa istilik nizamlama mexanizmləri işə düşür.