Bu mexanizmlər lələk örtüyü, baş, nəfəs alma, dimdiyi ilə lələkləri daramaq və s.-dir. Bu mexanizmlər vasitəsilə quşlar yüksək temperatur şəraitində bədən temperaturunu nizamlaya bilirlər.
Lakin cücələrin yüksək temperatura daha çox ehtiyacı var, buna görə də onların istiliyə olan tələbatı müvafiq qızdırıcı lampalar vasitəsilə ödənilməlidir.
Toyuqlarda aşağı temperatur zamanı bədəndə enerji ehtiyatına tələbat artır, bu da yemə və məhsuldarlığa təsir edir. Buna görə də tövlənin temperaturunu normaya
uyğun nizamlamaq böyük rol oynayır. Həmçinin havanın rütubətliliyi də quşlar üçün, onların anatomik-fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq əhəmiyyətlidir, xüsusilə yüksək temperatur şəraitində. Bu zaman bədənin nəfəs alıb-vermə ilə temperaturunun aşağı salınması effektli olmur.
2.2 . Tövlənin təchiz edilməsi
Ferma və fermanın təchizatı heyvanın biologiyasına uyğun olmalıdır və eyni zamanda optimal istehsal şərtləriniödəməlidir.Ferma və onun təchizat sistemi yarım ildən bir ardıcıl olaraq müxtəlif nöqteyi-nəzərdən davamlı olaraq inkişaf etdirilməlidir.
Bu gün quşçuluq fermalarının inşasında və təchiz edilməsində heyvanların xüsusi olaraq saxlanma tələbləri, eləcə də sağlamlığı nəzərə alınır. Həmçinin məhsulun keyfiyyətinə, istehsal olunan məhsulların gigiyenik cəhətdən keyfiyyətinə, eləcə də heyvanların və ətraf mühitin mühafizəsinə (çirklənmə təsiri və tullantılar) və istehlakçıların mühafizəsinə böyük diqqət yetirilir.