2.3 Yumurtalıq toyuqların təbii şəraitə uyğun çöldə saxlanması
Təcrübə göstərir ki, yumurtalıq toyuqların açıq sahədə - xarici mühitlə daha çox təmasda saxlanması çətinlik yaradır. Bu daha çox xərc tələb edir - daha çox iş və idarəetmədə çətinliklərin yaranması deməkdir. Bundan əlavə, olaraq heyvanın sağlamlığı da təhlükə altına düşür, toyuqların və balalarının yırtıcılar tərəfindən tələf olması, yaxud da quş qripi kimi təhlükəli xəstəliklərə yoluxması təhlükəsi artır. Daha çox yaşıl sahədə saxlanma üsulu geniş yayılmışdır. Burada toyuqların təbii saxlanma üsulları qorunur və gəzinti sahəsi tövləyə yaxın yerdə yerləşir. Bu da yenidən yemin toyuqların olduğu yerə daşınması tələbini yaradır. Çox vaxt təsərrüfat sahibləri tövlənin yalnız qabaq
hissəsində toyuqların gəzintisi üçün yer ilə kifayətlənirlər. Tövlənin qarşısında gəzinti yeri hazırlamaq üçün aşağıdakılar nəzərə alınmalıdır: kənarların və arakəsmələrin hasarlanması üçün vasitələr, süni və təbii vasitələr, daxmalar, ağaclar və kolların salınması, həmçinin gəzinti sahəsindən toyuqların tövləyə getməsini təmin edən yolun salınması.
Tövlənin yaxınlığında, yaxud da tövlədən kənar gəzinti yerlərinin hazırlanmasında sanitar və gigiyenik tələblər gözlənilməlidir. Gəzinti sahənin böyüklüyü orada olan quşların baş sayına uyğun nəzərdə tutulmalıdır. İlk olaraq su və yem qablarının təmizliyinə daim nəzarət olunmalıdır. Quşların gəzinti yerləri vaxtaşırı olaraq dəyişdirilməlidir. Bir yerdə toyuqların daim saxlanması, onların parazitar və digər yoluxucu xəstəliklərə yoluxma təhlükəsini artırır. Yumurtalıq toyuqların məhsuldarlıq normasında əsasən hər heyvana gün ərzində məhdudiyyətsiz olaraq 4 m 2 yer nəzərdə tutulmalıdır. Bununla yanaşı, ərazini seçərkən nəzərə alınmalıdır ki, toyuqların bir gəzinti yeri ilə digər gəzinti yeri arasındakı məsafə gigiyenik baxımdan 350 m radiusunda uzaqlıqda olmalıdır. Həmçinin toyuqların gizlənmə yeri hər hektara azı 4 sığınacaq-gizlənmə yeri nəzərdə tutulmalıdır və su qabları gəzinti yerində bərabər sayda paylanmalıdır. Yumurtalıq toyuqların yaşıl gəzinti yerində saxlanması əksər halda heyvanların təbii tələbatları nəzərə alınaraq həyata keçirilməlidir.