Əsasən, gəzinti yerlərinin ətrafı taxta, yaxud məftil hasarla bağlanır. Bu hasarların hündürlüyü heyvanın cinsindən asılı olaraq dəyişir. Həmçinin bu hasarların yerini asan dəyişmək olur. Hasarların ölçüsü və əhatəsi toyuqların baş sayına görə dəyişir.
Yüngül toyuqlar, əsasən, daha hündürə uçma qabiliyyətinə malikdirlər. Bu toyuqlar üçün hasarın hündürlüyü 1,80 m götürülür.
Ağ hibrid toyuq cinsləri üçün hasarın 1,5-1,8 m, qəhvəyi hibridlər üçün isə hasarın 1,2-1,5 m hündürlüyü kifayət edir. Hasarları qurarkən nəzərə almaq lazımdır ki, aşağı hissə daha dar olsun. Məftil hasarların aşağı hissəsi qazılaraq torpağa basdırılmalıdır. Hasarların torpağa basdırılma dərinliyi 50 sm tövsiyə olunur - 20 sm düz və daha sonra 30 sm çarpaz.Tülkü və digər
zərərverici vəhşi heyvanlara qarşı elektrikli məftildən də istifadə etmək olar. Çox vaxt bu cür elektrikli məftil hasarların hündürlüyü az 1,06 m olur. Bunların müsbət tərəfi yerdəyişmənin asan edilməsi imkanıdır, lakin bununla quşların uçmasının qarşısını tam şəkildə almaq mümkün olmur. Əsasən, quşçuluqda asan yerdəyişməsi mümkün olan sintetikdən ibarət elektrikli hasarlar daha əlverişli hesab olunur. Uzunluğu 25 və 50 m olan bu qoruyucu hasarlar uyğun sayda dirəklərə bağlanır. Ən aşağı tərəf torpaqla kontaktda olduğundan elektrik cərəyanı olmur. Heyvanların hasarın altından keçməsinin qarşısını almaq üçün bu hasarlar torpağa aşağıdan sıx bərkidilməlidir. Elektrik cərəyanı toyuqların hasarın içərisindən keçməsinin qarşısını alır, lakin buna tam mühafizə edə bilən hasarlar demək olmaz. Sərbəst gəzinti sahələrində su qablarının su ilə təchiz edilməsi tövlənin içərisindən su kəmərinin çəkilməsi ilə də həyata keçirilə bilər.
2.3.1 Sərbəst gəzinti sahələrinə qulluq və idarəetmə
Yaşıl gəzinti sahəsi və təchizat elementləri gündəlik nəzarət edilməli və yoxlanmalıdır. Sahədə çatışmayan cəhətlər görüldükdə mümkün qədər sürətlə, tez bir zamanda aradan qaldırılmalıdır.