Yumurtaların keyfiyyətini gözlə baxarkən bilmək mümkün deyil, bunu yalnız işıq effekti ilə tapmaq olar. Yumurtanın tam arxasında hava kamerası var, hansı ki, müəyyən müddətlərdən asılı olaraq genişlənir. Təzə yumurtalar balaca hava kamerasına malik olurlar, buna görə də onları suya atarkən tamamilə suya batırlar. Lakin köhnə yumurtalar suyun üzərində qalırlar, hətta suyun üzündə üzən yumurta olursa, bu, ümumiyyətlə yemək üçün istifadə edilməməlidir.
Mağazalarda yumurtaları bir çox növə ayırırlar. Pəhriz üçün nəzərdə tutulmuş yumurtalar 7 günlük olur və mənfi temperatur altında qorunur. Təzə yumurtalar 30 gün, soyuducuda saxlanılanlar isə aylarla, hətta daha uzun müddət qorunur.
3.1.1 Yumurtanın fiziologiyası
Hər varlıqda olduğu kimi, quşlarda da qüsursuz yaradılışın saysız-hesabsız dəlili var. Məsələn, quş yumurtaları çox önəmli dizayn xüsusiyyətlərinə malikdir. Bizə çox sadə görünən toyuq yumurtasının qabığında, qolf topunun girintilərini xatırladan 15 minə qədər deşik olur. Bu girintili-çıxıntılı quruluşlar quş yumurtasında böyük bir elastiklik əmələ gətirir və zərbələrə qarşı müqavimətini artırır. Yumurta tam bir bağlama və ya qablaşdırma möcüzəsidir. İnkişafda olan cücənin ehtiyacı olan bütün qida və suyunu təmin edir. Yumurtanın sarısı özündə zülal, yağ, vitamin və minerallar tərkibinə malik olarkən, ağı da bir su anbarı funksiyasını yerinə yetirir.
Şəkil 17. Yumurtanın görünüşü