Beləcə, dəlikləri birləşdirən bəzi çatlaqlar meydana gəlir və cücə papaq formasında bir qapağı qaldırmaqla azadlığına qovuşa bilir.
3.3 Yumurtanın həm çoxalmada, həm də qidalanmada əhəmiyyəti
Kənd təsərrüfatı quşlarına toyuq, hind toyuğu, ördək, qoz və bildirçin daxildir. Azərbaycan Respublikasında bunlardan ən əhəmiyyətlisi toyuq, ördək, hind quşu və qazdır. Belə ki, bütün növ təsərrüfatlarda bu quş növlərinin demək olar ki, hamısı müvəffəqiyyətlə yetişdirilir. Quşlar bir sıra maraqlı və özünəməxsus bioloji xüsusiyyətlərə malikdirlər ki, bunlara aşağıdakılar aiddir:
- Quşlar çox bala verməsi və yüksək bədən temperaturuna (41-42°C) malik olmaları ilə fərqlənirlər. Quşlar tez yetişəndirlər, onlarda embrional inkişaf ana bətnindən kənarda baş verir.
- Çoxalma intensiv getməklə, hər şey yeyəndirlər, onlar heyvan, bitki mənşəli yemlərdən istifadə edərək hər il tükünü dəyişirlər.
- İnsanların məqsədyönlü və uzun müddət apardığı iş nəticəsində məhsuldarlığı artmışdır.
- Bir ildə (12 ayda) 280-290 ədəd yumurta verir, broylerin (çolpa) 35 günlük yaşda çəkisi 1,8-2,0 kq-a çatır.
- Vəhşi hind quşu 10-11 aylıq yaşda yumurtlamağa başlayır və il ərzində 11-15 ədəd yumurta verir. Ev hind quşları 5-6 aylıq yaşda yumurtlamağa başlayıb 100 ədəd və çox, il ərzində isə 180-200 ədəd yumurta verir.
Yumurta məhsulu
Yeyinti üçün olan yumurta standarta əsasən çəkisinə, təzəliyinə, saxlanma şəraitinə, saxlanma müddətinə və daxili keyfiyyətinə (morfoloji tərkibi) görə sortlara ayrılır.
Respublikada texniki qaydaya görə yeyinti üçün olan yumurta iki yerə ayrılır.
1) Dietik;
2) Qida qrupu.
Bunlar isə yumurtanın çəkisi və keyfiyyətinə görə iki kateqoriyaya ayırırlar.
1. Dietik yumurta qidalanmaq üçün çox dəyərlidir. Yumurtladığı gün nəzərə alınmadan alıcıya 5-7 gün müddətinə çatdırılan yumurtaya dietik yumurta deyilir. Bu yumurta mənfi temperaturda və ya əhəngli məhsulda saxlanmır. Bu yumurtalar daha bahadır.