Bu yumurtaların qabığı təmiz, bütöv, möhkəm, hava kamerası tərpənməz olub, onun hündürlüyü 4 mm- dən çox olmur. Sarısı möhkəm, az bilinən olub, yumurtanın mərkəzində yerləşməklə yerini dəyişmir. Ağı sıx, möhkəm olur. Dietik yumurta xırda və çirkli olarsa, satışa verilmir, yalnız çörək bişirmədə və s. istifadə olunur.
2. Yeməkxana üçün yumurta 5-7 gün saxlanma müddəti keçmiş olan yumurtalardır. Dietik yumurta yeməkxanada-təzə yumurta qrupuna keçir. Bu yumurtalar anbarda 2°C-də vəya soyuducuda 30 sutkadan çox saxlanan yumurtaya deyilir.
Dietik və yeməkxana üçün yumurta I və II kateqoriyaya ayrılır:
I Kateqoriya - yumurtanın çəkisi 47 qramdan az olmamalı, bütöv, təmiz və möhkəm qabıqlı, hava kamerası tərpənməz olub, 7 mm-dən böyük olmur. Sarı möhkəm, az bilinən olub, yumurtanın ortasında olur. Ola bilər ki, azca tərpənib, ağı möhkəm, sıx və işıqlanan olur.
II Kateqoriya - yumurtanın çəkisi 40 qramdan az olur, qabığı təmiz, bütöv və möhkəmdir. Qabığın bəzi nöqtələrində çirklənmə ola bilər. Hava kamerası azca yerini dəyişib. Ağı az sıxdır və işıqlanır.
3.4 Yumurtada xolesterinin orqanizmə mənfi və müsbət təsiri
Çoxlarımız yumurta deyəndə xolesterin, xolesterin deyəndə yumurta başa düşürük. Xolesterin isə az qala insanın 1 nömrəli qatili sayılır.
Bir balaca xəstələnən kimi həkimlər dərhal yumurtanı "haram" buyurur və qidamızdan çıxarırlar. Tibb sahəsində çalışan həkimlərin əksəriyyəti söyləyirlər ki, "yumurtada çoxlu xolesterin var və bu, ürəyə ziyandır". Həmçinin həkimlər normal adama da həftədə üçdən artıq yumurta yeməməyi məsləhət görürlər.
Amerika alimləri əmindirlər ki, toyuq yumurtası yeməyi sevənlər ürək-damar xəstəlikləri bir tərəfə, şəkərli diabet xəstəliyinə də daha çox tutulurlar. 25 il araşdırma aparan ekspertlər 2009-cu ildə belə nəticəyə gəlmişdilər ki, toyuq qanda xolesterinin və şəkərin səviyyəsini artırır. Buna görə də, alimlər məsləhət görürlər ki, həftədə 2-3 yumurta yemək kifayətdir.
Ancaq son məlumatlara görə, məsələ heç də belə deyil və ya deyildiyi qədər qorxulu deyil.
Böyük Britaniyanın Səhiyyə Nazirliyinin mütəxəssisləri bu yaxınlarda aydınlaşdırıblar ki, toyuq yumurtası 30 il əvvələ nisbətən daha çox faydalı olub.