D. Təlim nəticəsi 4 - Anac toyuqlar üçün məhsuldarlığa görə yem
rasionunun təşkili
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Məhsuldarlıqdan asılı olaraq yem rasionunun düzgün təşkili;
2. Yemləmənin yumurtanın tərkibinə təsiri;
3. Anac toyuqların enerji və qida maddələrinə tələbatı;
4. Yumurtlayan anac toyuqların vitamin və mineral maddələrə tələbatı;
5. Quşçuluqda müxtəlif yemləmə sistemləri;
6. Zülali yemlər və toyuqların suya olan tələbatı, su sərfiyyatı;
7. Cavan və yumurtlayan toyuqların saxlanmasında tələblər və bəslənməsində əsas məqsəd;
8. Yumurtlayan və ətlik toyuqların məhsuldarlığını yüksəltmək üçün antibiotiklər haqqında ətraflı olaraq geniş nəzəri və təcrübi məlumata malik olur, təsərrüfatlara baxış keçirir, məlumatlar toplayır və yeri gəldikdə tövsiyələr verir. Məhsuldarlığa uyğun yem rasionunu təyin edir.
Başqa heyvanlarla müqayisədə quşlarda həzm yolları nisbətən qısadır. Digər tərəfdən dişlərinin olmaması, yem borusunda genişlənmiş çinədanın olması, həmçinin nazik bağırsaqdan öndə vəzli və əzələli mədənin yerləşməsi özünəməxsus əlamətlər sayılır. Quşlar yemi duyğu orqanlarının hesabına seçir. Ağız boşluğunda tüpürcəklə islandıqdan sonra çinədana yığılmış yem bir qədər yumşalır. Çinədandan tədricən az-az paylarla vəzli mədəyə adlayır, burada isə mədə şirəsi ilə islanır, sonra əzələli mədədə xırdalanma prosesi gedir. Nazik bağırsağa keçən kütlə fermentlərin təsiri altında parçalanmaya məruz qalır və əsaslı olaraq burda qida maddələrinin sorulması başlayır.
Yemin yalnız bir qismi kor və yoğun bağırsaqda bakteriyaların tərəfindən parçalanmaqla, azacıq da olsa qida maddələrinin sorulmasına zəmin yaradır.