Natriuma ehtiyacına isə daha dəqiqliklə əməl olunmalıdır. Çünki natriuma tələbatın artması susama ilə müşahidə olunur ki, bu da döşəmənin nəmliyini artırmaqla, mikroblar, parazitlər ilə yoluxma ehtimalını artırır. Çatışmamazlıq nəticəsində lələklərin tökülməsi və yumurtadan kəsilmək halları baş verə bilər.
Cədvəl 5. Yem qarışıqlarında əsas makroelementlərin konsentrasiyası (Quru maddə 88%) q/kq
Quşların qrupu | Ca | P | Na | Mg |
Sənaye və damazlıq yumurtalıq cinslər | 30-40 | 5 | 1,54 | 0,40 |
Damazlıq-yumurtlayan ətlik cinslər | 20 | 5 | 1,5 | 0,40 |
Yumurtalıq cavan toyuqlar | 5-6 | 4 | 1,5 | 0,45 |
Yumurtalıq cinslərin cücələri | 7-9 | 6 | 1,5 | 0,45 |
Broyler çolpaları | 8-10 | 7,5 | 1,5 | 0,45 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
Quşlar üçün nəzərdə tutulan yemlərin mis, kobalt, dəmir, yod, sink, manqan, selen kimi mikroelementlərinə görə balanslaşdırılması müxtəlif xoşagəlməz halların qarşısını ala bilər.
Mikroblar tərəfindən kor və yoğun bağırsaqlarda sintez olunan B qrupu vitaminləri isə orqanizmin ehtiyaclarını ödəmir. Bitki mənşəli yemlərin təkibində B12 vitamini olmur. Suda həll olan vitaminlərlə yanaşı, orqanizmə kif yət qədər yağda həll olan vitaminlər də daxil olmalıdır.
4.4 Quşların yemlənməsi sistemləri
Saxlanma üsulundan, quşların baş sayından və təsərrüfatın yem bazasından asılı olaraq müxtəlif yemlənmə sistemləri tətbiq edilir. Adətən hazır qarışıq zavod yemlərindən başqa, təsərrüfat daxilində istehsal olunan yemlərin qarışığı, yaxud da xüsusi dən yemləri-əlavə qarışıqlardan da istifadə oluna bilər.
Xüsusilə yem payıtərtib edilərkən yumurtlayan toyuqların məhsuldarlığına uyğun qida maddələrinə olan tələbatı tam ödənilməlidir.