Bütün bunlarla yanaşı, yem təknələri su qablarına yaxın quraşdırılmalıdır və kifayət qədər yer
ayrılmalıdır ki, cücələr oraya asanlıqla və sərbəst yanaşa bilsinlər. Dəyirmi yem təknələri və su
qabları üçün normalar belədir:
- Bir avtomatik su qabına (diametri 60 sm) - 40 - 50 yumurtlayan toyuq
- Bir asma təknəyə (diametri 30 sm) - 25 yumurtlayan toyuq
- Bir dəyirmi avtomatik su qabına - 75-100
yumurtlayan toyuq
Toyuqlar qəfəsdə saxlandıqda nəzarəti asanlaşdırmaq üçün qəfəslər 3 mərtəbədən artıq yerləşdirilməməlidir. Çalışmaq lazımdır ki, qəfəslərdə sıxlıq yaranmasın. Bu da heyvanlardan stress vəziyyətinin azalmasına və məhsuldarlığın sabit saxlanmasına şərait yaradır.
Cədvəl 9. Cavan və anac toyuqlar üçün müxtəlif saxlanma şəraitində sahə normaları
Toyuqların qrupları | Döşənəkdə saxlanma | Qəfəsdə saxlanma | |||
1 m2 sahəyə düşən baş sayı | 1 toyuğa düşən döşənək sahəsi | 1m2 döşəməyə, baş sayı | 1 başa düşən sahə, sm2 | Qəfəslərin hündürlüyü, sm | |
6 aylığa qədər cücələr | 17-20 | 500 | 60-70 | 150 | 27 |
6-18 aylıq cavan fərələr | 8-10 | 1000 | 25-30 | 350 | 35 |
18 aylıqdan yuxarı cavan fərələr və yumurt.toyuqlar: -yüngül cinslər -ağır cinslər |
7 5 |
1400 2000 |
15-25 10-20 |
450 550 |
40 40 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
4.7.1 Yemlik antibiotiklə
Yumurtlayan və ətlik toyuqların məhsuldarlığını yüksəltmək üçün, sağlamlıq durumunu yaxşılaşdırmaq məqsədilə, müxtəlif antibiotiklərdən istifadə edilir.