- Hidfoliaz edilmiş maye 7%,
- Ot unu 2-3%.
Sürüyə qatılacaq cavan quşların yemlənməsində ən məsuliyyətli dövr onların 80 günlüyündən başlanır. Həmin dövrdə əsas vəzifə quşların istıqamətli bəslənməsıni təşkil etməkdən ibarətdir. Bu dövrdə sellülozla zəngin yemlərdən və aşağı kalorili yem qarışıqlarından istifadə edilə bilər, yaxud məhdud yemləməyə keçmək olar. Birinci halda cavan quşlara verilən yem qarışıqlarında zülalın və mübadilə enerjisinin səviyyəsini müvafiq surətdə 16%-ə və 260 kkal, 111 günlüyündən isə 13%-ə və 250 kkal-ə qədər endirirlər. Məhdud yemləməyə keçdikdə nəm zülalın səviyyəsini aşağı endirmirlər, lakin cavan cücələrin 60-70 günlüyündən etibarən onlara verilən gündəlik yemin normasını ixtisar edirlər.
Pulloroza, koksidioza və mədə-bağırsaq xəstəliklərinə qarşı proflaktika məqsədi ilə cücələrə 1 həftəliyindən başlayaraq 30-40 gün müddətində yemlə birlikdə 1000 başa 4 kq hesabı ilə furozalidon və biomitsin verirlər. Havaya uyğunlaşan quşlarda isə 90-100 günlük quşlara mütləq yem terramisinin profilaktiki dozasını verirlər.
5.2 Quşların cinsiyyət qruplarına görə ayrılması
Cinsiyyət qrupları. Quşçuluq təsərrüfatlarında cinsiyyət qrupları arasındakı nisbətə xüsusi diqqət yetirilməlidir. Erkək quşlar sağlam, yaxşı inkişaf etmiş, cəld və eksteryerə görə tipik olmalıdır. Onların yüksək məhsuldar analardan törənməsi xüsusilə vacibdir.
Cinsiyyət qrupları arasında nisbət belə olmalıdır. Yumurtalıq cinsdən olan hər 12-15 toyuğa, yaxud ümumi istifadəli hər 8-10 toyuğa 1 xoruz; hər 5-6 dişi ördəyə 1 yaşılbaş; hər 3-4 dişi qaza 1 erkək qaz; hər 10-12 hind toyuğuna 1 hind xoruzu saxlanmalıdır.
5.3 Ördəklərin saxlanması
Ördək balalarını da cücələr kimi ət almaq məqsədilə qrup şəklində yetişdirmək olar. Kökəldilməni kült toyuqların altında və ya süni formalaşdırılmış şəraitdə, yəni ana toyuqsuz aparmaq olar. Şəxsi köməkçi təsərrüfatlarda kürt toyuqların altında ördək balalarının yedirilməsi olduqca sadə və rahatdır.