Ördək balalarını quru döşəmədə, qəfəslərdə, torlu döşəmələrdə və yaxud hovuzlar olan yerlərdə böyütmək olar Ördəkləri 3 həftəliklərinə qədər qəfəsdə saxlamaq olar. Sonra isə onları dərin altlıqlı yerdə və ya çöldə saxlamaq lazımdır. Qəfəsdə böyüdülərkən sanitar-gigienik normalara daha çox diqqət yetirmək lazımdır, tullantıların sayı azalmalı, təmiz saxlanmalı və lazım olan mikroiqlimin yaradılmasına nail olmaq lazımdır.
Adətən qəfəslər bir və ya iki mərtəbəli olur. Ayaq altında qalan hissədə qəfəsin deşikləri 15-20 mm olmalıdır. Torun altında yığım və peyinin təmizlənməsi üçün xüsusi yerlər qoyulur. Ördək balalarını sonrakı köçürməylə birinci üç həftə döşəmə və ya sərbəst gəzinti ilə saxlamaqla böyütmək olar. Torlu döşəməli yerlərdə saxlanma zamanı gigiyenaya daha asan əməl etmək olur, bu zaman ördək balalarının tullantısı tordan aşağı süzülür və belə olan halda döşəməni təmiz saxlamaq daha asan olur. Ördəklərin su hövzələri, göl, zəngin yaşıllıq və balıq olan fermalarda saxlanması daha məsləhətlidir. Açıq şəraitdə, hasarlı sahədə saxlandıqda böyüyən ördəklərə axşam hinə qayıtmağı öyrətmək lazımdır. Bunun üçün onları axşamlar yemləmək lazımdır. Ördəkləri su hövzələrinə 3-cü həftələrindən sonra yalnız 2-3 saat, 4-cü həftələrindən sonra isə bütün günü buraxmaq olar. Bu, onunla əlaqədardır ki, ördəklərdə birinci 3 həftəyə qədər yağ vəziləri yetişmir. Bu vəzilər lələkləri yağlayır və islanmaqdan qoruyur.
5.4 Qazların saxlanması və effektiv çoxaldılması
Qazlar ölkəmizdə planlı şəkildə artırılmasa da, kənd yerlərində yaşayan insanların sevimli məşğuliyyətini təşkil edir. Qazların əti dadlı-ləzzətli yeməklərdə çox istifadə edilir. Qazların lələyindən də istifadə edilir. Yumurtasından ölkəmizdə yalnız baş sayının artırılmasında istifadə olunur. Qazlar çox səliqəlidir, tezyetişən və mühitə tez uyğunlaşırlar. Fermadan nə qədər uzağa getmələrinə baxmayaraq, geriyə yolu həmişə tanıyırlar. Əlavə olaraq onlar həmişə vaxtında evə qayıdırlar. Əgər toyuqların qabağına dən səpsəniz, onlar kiçikləri gözləmədən dərhal yemi dənləyəcəklər. Qazlar isə özlərini belə aparmır - kiçiklər doyunca yeyənə qədər onlar yemə yaxın durmurlar.