Hind quşlarının saxlandığı
tövlədə yemləməyə baxış
|
-
İş paltarını geyinin.
-
Tövləyə girməzdən qabaq ayaqqabılarınızı dezinfeksiya vannasına salın.
-
Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
-
Quşların vəziyyətini yoxlayın, əgər onların vəziyyətində narahatlıq varsa, dərhal baytar
həkimini məlumatlandırın.
-
Su və yem qablarının təmizliyini yoxlayın, əgər təmiz deyilsə, həmin qabları təmizləyib,
təyin olunmuş miqdarda doldurub, yenidən yerinə qoyun.
-
Tövlənin temperaturunu yoxlayın.
-
Yem qablarının uzunluğuna və toyuqların
yemi qəbul etməsinə diqqət yetirin
-
Yem qablarının uzunluğunun toyuqların baş sayına görə qoyulmasına diqqət yetirin,
toyuqların yemi yeməkdə çətinlik çəkməsi məhsuldarlığı azaldır.
-
Yem qablarının dibinin təmizliyinə baxın, çirkli yem qabları parazitar və mikrob
xəstəliklərinin yaranmasına şərait yaradır.
-
Yemin təknələrdə kifayət qədər olmasını qeyd edin, yem qablarının boş olması
məhsuldarlığın az olması deməkdir.
-
Yem qabları standartlara cavab verirmi? Standartlara cavab verməyən yem qabları yem
xərclərinin artmasına və məhsuldarlığın azalmasına səbəb olur.
|