F. Təlim nəticəsi 6 - Ətlik quşçuluq
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Ətlik toyuqlar saxlanan tövlənin hava şəraiti, temperatur və işıqlanması;
2. Ətlik toyuqların yerləşmə sıxlığı və baş sayının çox olmasının mənfi nəticələri;
3. Tövlənin yeri, təchizatı və çatışmazlıqları
4. Broylerlərin su və yem ilə təchizatı və broylerlərin ətinin kimyəvi tərkibi;
5. Tövlədə gündəlik işlər və tövlənin planlaşdırılması haqqında lazımi biliklərə malikdir. Ətlik quşçuluq üçün olan tələbləri bilir.
Toyuqlar çoxluq şəklində yaşayan quşlardır. İyirmiyə qədər toyuq bir xoruzun himayəsi altında azad şəkildə qrup yaradırlar. Toyuqlar təqribən 3 həftə yumurtadan cücə çıxana qədər yumurtalarının üstündə kürt yatırlar. Kürt ananın qorunması xüsusilə cücə çıxarma zamanı həyati önəm daşıyır. Toyuqlar bir-biri ilə bədən hərəkətləri və müxtəlif səsləri çıxarmaqla ünsiyyət qururlar. Toyuqların arasında 20-dən artıq ünsiyyət səsləri məlumdur. Toyuqların zehni qabiliyyətlərinə çox vaxt diqqət yetirilmir, lakin elmi tədqiqatlar sübut etmişdir ki, quşlar yaxşı zehni qabiliyyətə malikdirlər, hətta gələcək hadisələr haqqında təsəvvürə malikdirlər.
Toyuqlar gününü hər şeydən öncə birlikdə yem axtarmaqla keçirirlər. Hava qaralana yaxın onlar mümkün qədər yuxarıda yatmaq üçün yerlər axtarırlar. Məmnuniyyətlə ağacların budaqlarında gecəni keçirirlər. Sənaye şəklində saxlanan və kökəldilən ətlik cins beçələr bu adlandırılan qabiliyyətə malik deyillər, yaxud da məhdud şəkildə malikdirlər. Hər şeydən öncə tövlədə onların sıx saxlanması, yəni kvadrat metrə düşən baş sayının çoxluğu və sürətlə böyüməsini təmin etmək üçün yetişdirilməsi onların təbii davranışını məhdudlaşdırır. Bu baxımdan ətlik toyuqlar nəinki ağaca çıxa bilir, hətta gəzməkdə belə çətinlik çəkirlər.