Bu toyuqların dərisində zədələnmələr yaradır və heyvanların gözlərində və tənəffüs yollarında iltihablar əmələ gəlir. Ammonyakın havada getdikcə çoxalması nəticəsində toyuqların immun sistemi zəifləyir və xəstəliyə yoluxma təhlükəsi daha da artır. Döşəmədə, ammonyakın daha çox olduğu yerdə zərərli qaz nəm samanla birlikdə ağrılı iltihablara səbəb olmaqla bədənin alt hissəsində döşün dərisində, ayaqlarda yaralar əmələ gətirir.
6.1.4 Kökəltmə tövlələrində işıqlanma
Ənənəvi olaraq kökəltmə təsərrüfatlarında süni işıqlandırmadan istifadə edilir. Ümumiyyətlə, təbii işıq belə tövlələrə (150 sm-lik lyukdan) çox az düşür. Hər şeydən öncə zəif işıq lampalarının qoyulması daha məqsədəuyğundur. Güclü işıqlanma heyvanların fəallığını artırır və bununla diri çəkinin artımı azala bilər. Xüsusilə günəş işığının çatışmazlığı da toyuqlar üçün mənfi təsir göstərir. Bu baxımdan tövləyə ultrabənövşəyi işıqlanma önəmlidir. Bunun köməyilə onlar özlərini istiqamətləndirə bilir, yemi və suyu asanlıqla qəbul edir, həmçinin bir-birindən vaxt keçdikcə sürətlə fərqlənirlər. Ultrabənövşəyi işıqlanma- görmə, eyni zamanda heyvanın yem axtarması və daxili saatını müəyyənləşdirmək üçün əhəmiyyətlidir.
Heyvanların mühafizəsi qanununa görə ətlik toyuq tövlələrində ən azı 6 saat davam edən qaranlıq periodu lazımdır. Avropa məsləhət şurasının ev heyvanlarının saxlanması normalarına görə tövlənin qaranlıq dövrü hətta 8 saat təşkil edə bilər.
Temperatur
Qızdırıcılar və havalanma sistemləri kökəldilmə tövlələrində temperaturu avtomatik olaraq nizamlayır və tədricən heyvanların yaşına uyğunlaşdırılır. Təbii şərtlər altında ana toyuq cücələrin istiliyə olan ehtiyacını ödəyə bilir, ilk günlərdə cücələr öz bədən temperaturlarını nizamlaya bilmir. Lakin kökəltmə tövlələrində cücələr təkdir və onlar üçün ananın istiliyi çatışmır. Əgər tövlədə havanın temperaturu nizamlanmazsa, yaxud istiliyin verilməsi dayandırılarsa, tövlənin temperaturu cavan cücələrin tələbatlarını ödəmir. Bu zaman tövlənin temperaturu aşağı düşür. Cücələr üşüməyə başlayır, bir-birinə çox sıx yaxınlaşırlar, aşağı temperatur kiçik cücələr üçün sonda ölümə səbəb olur.
Yayda sərinləşdirici bəzən kifayət etmir, yaxud temperaturun nizamlanması tamamilə kifayət etmir.