Lakin analoji proses quşlarda erkən fizioloji yaşda baş verdiyindən başqalarından fərqlənir. Məsələn, broylerdə qısa vaxtda bədəndə suyun miqdarı azalır, artımda isə piyin pay qismi çoxalır və başqa heyvanlardan fərqli olaraq protein ehtiyatı artmağa meyl göstərir.
Cədvəl 12. Beçə-broyler ətinin kimyəvi tərkibi
Yaşı | Canlı kütlə, qr | Su % | Protein % | Piy % | Kül % | Enerji, kc/qr |
1 günlük | 38 | 74,5 | 16 | 5,3 | 4,2 | 6,1 |
2 həftəlik | 300 | 69,1 | 17 | 10,4 | 3,5 | 8,1 |
5 həftəlik | 1315 | 67,2 | 19,1 | 10,2 | 3,5 | 8,3 |
6 həftəlik | 1660 | 63,7 | 20,4 | 11,9 | 4,0 | 9,1 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
Sərbəst iş üçün tapşırıqlar:
1.
Ətlik toyuqların saxlanması;
2.
Ətlik toyuqların yerləşmə sıxlığı;
3.
Tövlənin yeri, təchizatı və çatışmazlıqlar;
4.
Kökəltmə tövlələrində işıqlanma və temperatur;
5.
Broylerlərin su ilə təchizatı;
6.
Broylerlərin ətinin kimyəvi tərkibi