7.3 Yem rasionu
Kökəltmədə istifadə edilən rasionlar kökəltmənin başlanğıc, orta və ya son dövründən asılı olaraq müəyyən qədər dəyişir. Bu da heyvanların bu mərhələlər üzrə qida maddələrinə olan tələbatının dəyişməsindən asılıdır.
Ümumilikdə kökəltmədə geniş tətbiq edilən qaba yemlərə qarğıdalı silosu, quru ot və saman aid edilir. Qarğıdalı silosu kökəltmənin əsas yem komponenti kimi fərqləndirilir. Yalnız qarğıdalı əkilməyən və ya az əkilən regionlarda bu yem növü kökəltmədə tətbiq edilmir. Qarğıdalı silosu enerji tərkibinə görə zəngin olmaqla rasionlarda əlavə proteinli yem ilə tamamlanır və rasion tarazlanır. Heyvanların diri çəkisi və gündəlik çəki artımına uyğun rasionda qarğıdalı silosunun da miqdarı artır.
Diri çəki (kq) |
Gündəlik çəki artımı, qe |
Qarğıdalı silosu, kq |
Buğda, kq |
Soya şrotu, kq |
QM qəbulu, kq |
Enerji (MJ) |
Xam protein, qr |
175-250 | 1100 | 9 | 1 | 1 | 4.7 | 55 | 810 |
250-350 | 1150 | 14 | 1 | 1 | 6.3 | 72 | 950 |
350-450 | 1300 | 17.5 | 1.25 | 0.9 | 7.5 | 86 | 1030 |
450-550 | 1200 | 19.5 | 1.5 | 0.8 | 8.3 | 95 | 1080 |
550-650 | 1100 | 21 | 1.75 | 0.7 | 9 | 102 | 1100 |
Cəmi | 1170 | 6707 | 535 | 354 |
Rasionu balanslaşdırmaq və hədəflənən çəki artımına nail olmaq üçün proteinli yemlərdən soya şrotu, yem noxudu və ya raps şrotu rasiona əlavə edilməlidir. Həmçinin qarğıdalı silosunun enerji tərkibinə uyğun rasiona əlavə enerji verən yem komponenti – arpa, buğda, vələmir əlavə edilməlidir. Rasiona əlavə edilən komponentlər ayrı-ayrı və ya birlikdə qarışdırılaraq heyvanlara verilə bilər.
Kökəltmə təsərrüfatlarında yem rasionları hazırlanarkən mövcud yem ehtiyat və imkanları nəzərə alınmalı və buna uyğun formada tərtib edilməlidir. Azərbaycanda kiçik və orta heyvandarlıq təsərrüfatlarının yem ehtiyatlarını nəzər alsaq, kökəltmədə tətbiq edilən əsas yem komponentləri olaraq quru yonca otu, quru otu və samanı göstərmək olar. Qüvvəli yem olaraq isə arpa yarması və kəpəkdən istifadə edilir. Bu komponentlər əsasında yemlənən heyvanlarda yüksək çəki artımına nail olmaq çətin mümkün olur. Bu səbəbdən ölkə təsərrüfatlarında 12-15 aylıq kökəltmə müddətinin sonunda 350-400 kq diri çəkiyə nail olunur. Burada heyvanın cinsi də həlledici rol oynayır.