Təlim nəticəsi 9 – Mühüm damazlıq məqsədləri
9.1 Damazlıq işinin məqsədi
Heyvandarlıq təsərrüfatlarının işinin məqsədi istifadə edərək yüksək məhsuldarlıq göstəricilərinə nail olmaqdır. Heyvandarlıq təsərrüfatları üçün əsas istehsalat göstəriciləri olaraq aşağıdakı məqsədlər müəyyənləşdirilir. Bu intensiv cins heyvandarlıq təsərrüfatlarına aiddir.
Süd məhsuldarlığı | ||
Laktasiya üzrə 9000 kq çox süd istehsalı (4% yağlılıq,
3.4 % zülal) Qaba yemdən 3500 kq süd istehsalı İnəyin istifadə müddətində 35000 kq çox süd istehsalı |
||
Balavermə | ||
Balalar arası dövr (BAD) | 380-400 gün | |
Mayalanma indeksi | <1.6 | |
İlk bala vermə yaşı | 24-26 ay | |
Digər | ||
Sürü bərpa indeksi | < 30 % | |
Buzov itkisi | < 5 % | |
İnəyin istifadə müddəti | 3 laktasiyadan yüksək |
Yuxarıda sadalanan istehsal nəticələrinə nail olunması təsərrüfatın mövcud saxlama şəraiti və yem bazası ilə yanaşı, təsərrüfatda saxlanılan heyvanların cins tərkibindən də asılıdır. Cins tərkibinin yaxşılaşdırılması mütəmadi damazlıq işinin aparılmasını tələb edir.
Damazlıq işi qaramalın cins tərkibinin yaxşılaşdırılması üçün məqsədli cütləşdirmə ilə daha yaxşı məhsuldarlığa malik heyvanların yetişdirilməsidir. Cins dedikdə cinsə xarakterik əlamətləri (bədən forması, rəngi və məhsuldarlıq göstəriciləri) özündə əks etdirən heyvan qrupu başa düşülür. Bu əlamətlərinə görə bu cinsə aid heyvanlar digərlərindən fərqlənmiş olurlar. Həmçinin bir cinsin tərkibində də heyvanların məhsuldarlıq göstəriciləri fərqlənə bilir. Bu fərqlənmə cins daxili damazlıq işinin aparılmasını şərtləndirir.