Qaramal cinslərini istifadə istiqamətinə görə aşağıdakı qruplara bölmək olar:
Bir istiqamətli cinslər | ||
Südlük cinslər | Cersi cinsi | |
Ətlik cinslər | Şaroli, Limuzin | |
İki istiqamətli cinslər | ||
Südlük-ətlik cinslər | Holşteyn-friz, Qonur mal | |
Ətlik-südlük cinslər | Simmental, Sarı mal | |
Ekstensiv cinslər | Qallovay, Hiyland |
9.2 Damazlıq işinin tətbiq üsulları
Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsində (damazlıq iş) müxtəlif yetişdirmə üsullarından istifadə edilir.
a) Təmizlikdə yetişdirmə
b) Çarpazlaşdırma
c) Hibridləşdirmə
d) Biotexnoloji üsullar (embrionun köçürülməsi, klonlaşma, transgenlik)
9.2.1 Təmizlikdə yetişdirmə üsulu
Cinsi təmizlikdə yetişdirmə bir cins içərisində eyni tipli homogen və müxtəlif tipli heterogen yetişdirmədir. Bunu elmi dildə inbridinq və autbridinq adlandırırlar. Bir cins daxilində qohum fərdlərin çütləşdirilməsinə inbridinq deyilir. Qohum olmayan fərdlərin cütləşdirilməsinə isə autbridinq deyilir. Təmizlikdə yetişdirmə zamanı ata və ana eyni cinslərin daxilində aparılır. Alınan balalara təmizqanlı deyilir. Bu üsul yüksək məhsuldar cinslər arasında aparılır.
Ata-ana | |
F-1 nəsil mələzlər | |
F-2 nəsil mələzlər |