Təmizlikdə yetişdirmə zamanı eyni cins daxilində damazlıq dəyərlərinə görə fərqlənən heyvanlar cütləşdirilir. Xüsusən bu üsul holşteyn-friz (HF) cinsi üçün geniş tətbiq edilir.
9.2.2 Çarpazlaşdırma
Müxtəlif cinslərin bir-biri ilə cütləşdirilməsi nəzərdə tutulur. Bu zaman müxtəlif məhsuldarlığa malik olan heyvanlar götürülür ki, burada arzu olunan əlamətə görə məhsuldarlığı artırmaq mümkün olsun. Cinslərin bir-biri ilə qanın qatılması nəticəsində heterozis-hibrid qüvvəsi baş verə bilir, xüsusən mələzlərin lazımi qaydada yemlənməsi, saxlanması onların yaxşı nəsil verməsinə kömək edir. Yüksək mədəni cinslərin yerli mallar ilə çarpazlaşdırılması onların məhsuldarlığının yüksəldilməsi ilə nəticələnir. Çarpazlaşdırmada birinci nəsil mələzlərin irsiyyəti zənginləşir. Yaxşılaşdırılmaq üçün az məhsullu cins məhsul istiqamətinə uyğun başqa cinslə çarpazlaşdırılır. Hazırda yeni cinslərin yaradılmasında, az məhsuldar heyvanların məhsuldarlığının yüksəldilməsində və arzu olunan tiplərin yaradılmasında aşağıdakı çarpazlaşdırma üsullarından geniş istifadə olunur.
Sadə çarpazlaşdırma zamanı iki müxtəlif cinsin heyvanları bir-biri ilə çarpazlaşdırılır. Məsələn, Holşteyn-friz (HF) cinsi ilə qonur cinsin (BV) çarpazlaşdırılmasında əsas məqsəd südlük Holşteyn-friz cinsinə möhkəmlik (dözümlülük) gətirməkdir. Sadə çarpazlaşdırma üsulu xüsusən ətlik cinslərin yetişdirilməsi üçün daha uyğundur.
Ata-ana | |
F-1 nəsil mələzlər | |
F-2 nəsil mələzlər |
Növbəli-rotasiya çarpazlaşdırma üsulunda iki cinsin çarpazlaşdırılmasından alınan mələz 3-cü cins ilə çarpazlaşdırılır. Növbəti çarpazlaşdırma isə yenə ata-ana aid olduğu cinslər ilə növbəli şəkildə aparılır. Bu çarpazlaşdırma üsulu Almaniya Demokratik Respublikasında geniş tətbiq edilmişdir.