Təlim nəticəsi 10 – Qaramalda boğazlıq və balavermə
10.1 Boğazlıq prosesi
Südlük maldarlıqda mühüm məhsuldarlıq göstəricilərindən biri də boğazlıq göstəriciləridir. Sürü üzrə saxlanılan inəkdən yüksək süd məhsuldarlığı ilə bir neçə laktasiya üzrə bala alınmalıdır. İki bala arası müddət boğazlıq menecmentinin necə səmərəli həyata keçirildiyini qiymətləndirmək üçün əsasdır. Əgər iki bala arasında məsafə normal qəbul edilən göstəricidən (380-400 gün) uzundursa, bu, sürü üzrə bir ildə alınan balaların az olacağını və boğazlıq menecmentinin də düzgün təşkil edilmədiyini göstərir. Məsələn, balalararası dövr 380 gün olduqda 300 başlıq bir sürüdə il ərzində 288 bala (buzov) alınacaqsa, balalararası dövr 450 gün olduqda bu say 243 olacaqdır.
Bu baxımdan boğazlıq menecmentinin düzgün təşkili müəssisə üçün bir neçə aspektdən səmərə gətirir:
Boğazlıq prosesi təbii proses olmaqla cinsi yetişkənlik və həvəsə gəlmə ilə tənzimlənir. Düyələrdə düzgün bəsləmə ilə cinsi yetişkənliyin 14-16 ayda olması və ilk balanın 24-26 ayda alınması mühüm istehsal məqsədlərindəndir.
Heyvanın cinsi yetişkənliyi və hövrə (həvəsə) gəlməsi ilə onun mayalanması aparılır. Mayalanma buğalardan istifadə edilərək təbii və süni mayalanma yolu ilə aparıla bilər.
10.2 Hövrə gəlmənin təyin edilməsi və mayalanma
Hövrə (həvəsə) gəlmə və mayalandırma prosesi cinsi yetişkənlik və cinsiyyət orqanlarında baş verən təbii proseslər əsasında tənzimlənir. Qaramalda cinsiyyət orqanları müxtəlif quruluş və funksiyalara malik olur.
İnəyin cinsiyyət orqanları
a) Yumurtalıq |