- Həvəsə gəlmədən sonrakı dövr (sönmə)
Süni mayalanma üçün uyğun vaxt həvəsə gəlmənin əsas dövrü başlayandan 12-24 saat ərzindədir. Təbii mayalanmada bu müddət bir müddət əvvəldir. Belə ki, təbii mayalanmada sperma balalığa deyil, cinsiyyət dodaqlarına qoyulur. Həvəsə gəlmənin əsas dövrünü təyini üçün yemləmə saatlarından kənar vaxtlarda gündə bir neçə dəfə intensiv müşahidələrin aparılması çox vacibdir.
Tsikl | 19-21-cu gün | 1-ci gün | 2-ci gün | ||||||||
Həvəsə gəlmə |
öncəki dövr | əsas dövr | sonrakı dövr | ||||||||
Həvəsə gəlmədən 6-10 saat əvvəl |
2 | 4 | 8 | 12 | 16 | 20 | 24 | 28 | 32 | sa at |
|
Əlamətlər |
|
|
|
||||||||
Yumurtalığ ın vəziyyəti |
Follikul yetişməsi | Yetişmiş follikul | Follikul partlama | ||||||||
Mayalanma vaxtı |
|||||||||||
Ən uyğun vaxt |
Mayalanmada təbii və süni mayalanma üsullarından istifadə edilir. İstifadə edilən buğanın damazlıq dəyərləri yüksəkdirsə, ondan istifadə etmək olar. Süni mayalanmanın təbii mayalanmaya nisbətən üstünlüyü daha uyğun damazlıq dəyər və göstəriciləri olan buğa spermalarını seçmək imkanının olması, həvəsə gəlmənin və mayalanmanın sinxronlaşdırma imkanının olmasıdır. Böyük təsərrüfatlarda, əsasən, süni mayalanmadan istifadə edilir. Boğazlıq tutması zəif olan inəklərdə 3-cü mayalanmadan sonra təbii mayalanma tətbiq edilməyə başlanılır.