10.5 Balavermə pozulmaları
Balavermə pozulmaları bir çox səbəblərdən meydana gələ bilər. Əsas səbəblər aşağıdakılardır:
Saxlama şəraiti ilə əlaqəli səhvlər | |
İşıq azlığı (işıqlandırma problemi) | |
İnəklərin komfortlu saxlama şəraitinin olmaması |
|
Yer azlığı (darlığı) | |
Tövlədə hava şəraitinin (havalandırma) pis olması |
|
İsti hava stressi | |
Yemləmə səhvləri | |
Enerji çatışmazlığı | |
Piylənmə (ketoz) | |
Bədən kondisiyasında çatışmazlıqlar | |
Maddələr mübadiləsinin pozulması | |
Vitamin çatışmazlığı | |
Mikro elementlər çatışmazlığı | |
Menecment səhvləri | |
Həvəsə gəlmənin yetərli izlənməməsi | |
Səhv mayalanma vaxtının seçilməsi | |
Doğuşa səhv müdaxilə | |
Gigiyena çatışmazlıqları |
Yuxarıda sadalanan səbəblərdən qaynaqlanaraq inəklərdə qısa müddətli və ya davamlı boğazlıq və balavermə pozulmaları, yekunda qısırlıq yarana bilər. Əsas balavermə pozulmaları olaraq aşağıdakılar müşahidə edilir:
- Doğuş sonrası son düşməsində problemlər
- İnfeksion pozulmalar (yumurtalıq iltihabı və s.)
- Həvəsə gəlmə pozulması / gizli həvəsə gəlmə
- Kistalar
- Erkən abortlar / ölü doğuşlar